REGİONLAR
İkinci Dünya müharibəsinə yollanan xaçmazlılardan 3 min 400 nəfəri geri qayıtmayıb VİDEO
Xaçmaz, 9 may, Elxan Yusifli, AZƏRTAC
Böyük Vətən müharibəsində iştirak etmiş xaçmazlılardan yalnız beşi yaşayır. İkinci Dünya müharibəsinə yollanan 8 min 739 xaçmazlıdan cəmi 5 min 339 nəfəri geri qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xaçmazda Böyük Vətən müharibəsində tarixi Qələbənin 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Mərasim iştirakçıları İkinci Dünya müharibəsində həlak olan xaçmazlıların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.
Sonra Qələbə Günü münasibətilə müharibə veteranları üçün ziyafət təşkil olunub.