Xaçmazda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib VİDEO
Xaçmaz, 4 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 4-də Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Magistralda hərəkətdə olan 27-BX-591 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçən Qusarçay kənd sakini Xavər Cəfərovanı vurub. Yaşlı qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.