Göyçayda minik avtomobili yanıb VİDEO
Göyçay, 6 fevral, AZƏRTAC
Göyçayda minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam Şamaxı-Göyçay-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1974-cü il təvəllüdlü Rəsulov Murad Qismət oğluna məxsus 90-BS-564 dövlət nömrə nişanlı VAZ-2104 markalı minik avtomobili qısaqapanmadan alışıb. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. Lakin avtomobil yararsız vəziyyətə düşüb.
Faktla bağlı təhqiqat aparılır.