Vüsal Kərimli: Karantin rejimi dövründə paytaxtda avtobuslarla 21,6 milyondan çox sərnişin daşınıb VİDEO
Bakı, 4 may, Elvin Camalov, AZƏRTAC
Martın 24-dən bu günədək paytaxtda avtobuslarla 21 milyon 652 min sərnişin daşınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, metronun bağlanması ilə əlaqədar express avtobuslar təşkil olunub, bu avtobuslardan da 2 milyonadək sərnişin istifadə edib.