Yollarda hərəkətin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Yollarda hərəkətin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, habelə hərəkət iştirakçıları arasında məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması diqqət mərkəzində saxlanılır.
Bölmə rəisi qeyd edib ki, kütləvi informasiya vasitələrinin imkanlarından bu sahədə geniş̧ istifadə olunur. Əhalinin yol mədəniyyətinə etimadının yüksəldilməsi hər bir hərəkət iştirakçısından asılıdır. Buna nail olmaq üçün davamlı təbliğat işinin aparılması zəruri şərtlərdən hesab edilir.