REGİONLAR
Qubada evlərdən qızıl-zinət əşyaları oğurlayan Xaçmaz sakini saxlanılıb VİDEO


Quba, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və ətraf rayonlarda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisələrini törədən şəxsin Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Namiq Əliyevin olduğuna əsaslı şübhələr yaranıb. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək bir sıra qəsəbə və kəndlərin ərazilərindəki yaşayış evlərindən qızıl-zinət əşyaları, telefonlar, televizor, su nasosu, elektrik sayğacı və s. oğurladığı müəyyən edilib.
Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.