Azərbaycan Dövlət İnformasiya Agentliyi

1 nömrəli Bakı Tibb Kollecinin 120 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 6 iyun, Göyçək Mahmudlu, Aytac Haqverdiyeva, AZƏRTAC

İyunun 6-da Bakı Konqres Mərkəzində Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev çıxışında kollecin yaradılmasının ötən əsrin əvvəllərinə - Azərbaycanda tibbi kadrların çatışmadığı bir vaxta təsadüf etdiyini vurğulayıb: “1 nömrəli Bakı Tibb Kolleci çətin və mürəkkəb, eyni zamanda, uzun və şərəfli bir inkişaf yolu keçib. 120 yaşlı təhsil ocağının on minlərlə məzunu həmin müddətdə Azərbaycanın bütün bölgələrində müxtəlif tibb müəssisələrində çalışıb, əhalinin sağlamlığının keşiyində dayanıb, səhiyyəmizin inkişafına dəyərli töhfələr verib”.

Nazir tibbi kollecin fəaliyyətində bir sıra tanınmış həkim-müəllimlərin, xüsusilə də görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mühüm rol oynadığını qeyd edib: “Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-1969-cu illərdə tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib”.

Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan Teymur Musayev xüsusən pandemiya dövründə tibb bacılarının fəaliyyətinin nə qədər önəmli olduğunu vurğulayıb. Nazir bildirib ki, qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə dövlətimizin səyləri və dəstəyi nəticəsində xəstələrin müalicəsinin təşkili operativ qaydada həyata keçirilib. “Təbii ki, xəstəliyin nəzarətdə saxlanılmasında dövlətin dəstəyi ilə yanaşı, tibb işçilərimizin, xüsusən də tibb bacılarının rolu danılmazdır. Pandemiya ilə eyni dövrə təsadüf edən 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarıldı”, - deyə nazir vurğulayıb.

Teymur Musayev onu da qeyd edib ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tibb təhsilinin inkişafına, səhiyyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğısı əvəzsizdir: “Mehriban xanımın tibb müəssisələrinə mütəmadi səfərləri zamanı müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləri ilə maraqlanması əhalinin sağlamlığına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

“İnanıram ki, tanınmış həkim və alimlərimizin iz saldığı zəngin tarixə malik olan 1 nömrəli Bakı Tibb Kolleci bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək. Cəmiyyətimizə insanların sağlamlığının keşiyində vicdanla dayanan neçə-neçə tibb işçiləri bəxş edəcək”, - deyə nazir fikrini tamamlayıb.

Azərbaycanda təhsil sisteminin tarixindən bəhs edən təhsil naziri Emin Əmrullayev 120 il ərzində kifayət qədər sürətli və uğurlu yol qət edildiyini bildirib. O zamanlar azərbaycanlı həkimlərin sayının az olduğunu qeyd edən təhsil naziri hazırda Azərbaycan Tibb Universitetinin, tibb kolleclərinin peşəkar tibb işçiləri yetişdirdiyini, xaricdə ölkələrin ali təhsil müəssisələrində ölkəmizi uğurla təmsil edən həkimlərimizin, alimlərimizin olduğunu diqqətə çatdırıb. E.Əmrullayevin sözlərinə görə, 120 il ərzində belə bir nailiyyətlər əldə etmək bir xalq, millət üçün çox böyük nəticədir.

Kolleclərin fəaliyyətindən bəhs edən nazir həmin təhsil müəssisələrində tibb bacılarının yetişdirildiyini, bunun isə qızların təhsilə cəlb olunmasında xüsusi rol oynadığını vurğulayıb.

1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva tibb ocağının tarixi və müasir dövrdə fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib: “İlk məzunları 5 nəfərdən ibarət olan təhsil müəssisəsinin hazırda 1400-dən çox tələbəsi var. Ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan, 1902-ci ildə yaradılan, böyük inkişaf yolu keçən, müxtəlif adlar altında fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci hazırda tibb bacısı və qardaşı işi, müalicə işi, mamalıq, əczaçılıq və gözdən əlillər üçün müalicə masajı ixtisasları üzrə orta tibb kadrları yetişdirir. Əlamətdar bir haldır ki, bugünkü yubiley ərazi bütövlüyümüzün bərpa edildiyi bir şəraitdə keçirilir. Əminik ki, Qarabağımızda yenidənqurma və bərpa işləri uğurla başa çatdırılacaq, biz də öz növbəmizdə yurdumuzun gözəl məkanlarında xalqımıza, millətimizə layiqincə tibbi xidməti göstərə biləcək orta ixtisaslı tibb işçiləri yetişdirəcəyik”.

120 illik tarixin bir parçası olmaqdan məmnunluğunu ifadə edən 1 nömrəli Bakı Tibb Kollecinin məzunu və gözdən əlillər üçün müalicəvi masaj üzrə təcrübə müəllimi Səbuhi Məmmədov qeyd edib ki, gözdən əlillər üçün açılmış şöbə 2014-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, kollecdə həmin tələbələrin ixtisasa yiyələnmələri üçün fiziki durumları nəzərə alınmaqla hər cür şərait yaradılır və onlara xüsusi qayğı və həssaslıqla yanaşılır.

Daha sonra kollecin tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx təqdim olunub.

Sonda 1 nömrəli Bakı Tibb Kollecinin bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub