2007-Cİ İLDƏ FRANSA 82 MİLYON TURİST QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2007-ci ildə Fransa 82 milyon turist gəbul etmiş və bununla da turistlərin sayına görə dünyadakı liderliyi yenidən əldə saxlamış, son zamanlar xarici səyyahların daha çox axışdığı İspanyanı növbəti dəfə arxada qoymuşdur.
Bəşəriyyətin mədəniyyət beşiyi hesab edilən Fransaya turistlərin gəlişi 2006-cı illə müqayisədə ötən il 4 faiz artmışdır.
Ölkənin turizm üzrə Dövlət katibi Herve Novelli Fransanın turizm sahəsində liderlik etməsindən və xarici turistlərinin sayının ildən-ilə artmasından məmnunluq hissi keçirdiyini bəyan etmişdir. Dövlət katibi 82 milyon turistdən 14 milyonunun Fransa ərazisindən tranzit kimi istifadə etdiyini, ölkəyə gəlmiş turistlərin 46 faizinin Almaniyadan, Böyük Britanyadan və Belçikadan olduğunu bildirmişdir.
Herve Novelli turizm sahələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə müəyyən tədbirlər görüləcəyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]