Azərbaycan Dövlət İnformasiya Agentliyi

2023-cü il Gənclər Kitabxanası üçün əlamətdar tədbirlərlə yadda qalıb

Bakı, 29 dekabr, AZƏRTAC

Yola salmağa hazırlaşdığımız 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bir sıra uğurlu layihələrə imza atıb, çoxsaylı tədbirlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu il 95 illik yubileyini qeyd edən və respublikada gənclər üçün nəzərdə tutulan ən böyük kitabxana olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ətrafında 16 mindən çox oxucu kütləsi toplayan öz ziyarətçilərinə həm ənənəvi, həm də elektron xidmətlər göstərən 8 şöbədən ibarət bir mədəniyyət müəssisəsidir. Kitabxananın fondu özündə Azərbaycan, rus, ingilis və digər xarici dillərdə bütün elm sahələrini, bədii ədəbiyyat və məlumat nəşrlərindən ibarət kitabları cəmləyir. Kitabxanada Latın qrafikası ilə nəşr edilməyən, elmi, tarixi, bədii əhəmiyyətini bu günə kimi saxlayan 1000-dən çox kitabdan ibarət depozitar fond da mövcuddur. Kitabxananın ən qədim kitabı 1891-ci ilə aiddir.

Kitabxananın oxuculara təqdim etdiyi elektron xidmətlər özündə daim yenilənməkdə olan 140 mindən artıq yazını cəmləyən elektron kataloq, 7742-dən çox kitabı olan elektron kitabxana, 21 elektron məlumat bazası, 50-dən artıq nəşr nümunəsi olan dövrü nəşrlərin elektron bazası, 200 ədəd səsli kitab fondundan ibarətdir. Bu il ərzində kitabxanada fəaliyyət göstərən skaner aparatı vasitəsilə 790 nüsxə kitab skan olunaraq elektron kitabxanaya daxil edilib.

Bu il kitabxanada “Ümummilli Lider Heydər Əliyev-100”, “Akademik Zərifə Əliyeva-100”, Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa”, “Ölümsüzlüyə qovuşan ömür - Akademik Ziya Bünyadov -100”, “Gülhüseyn Hüseynoğlu- 100”, “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası-90”, “Xalq Yazıçısı Anar- 85”, “Akademik Teymur Kərimli-70”, “Azər Turan-60” və digərləri olmaqla 14 elektron məlumat bazası hazırlanıb. Hazırda ümumi elektron məlumat bazalarının sayı 21-dir.

Gənclər Kitabxanası fondunun günün tələblərinə, oxucuların mütaliə tələbatına əsasən kompektləşdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır Belə ki, kitabxanada iki ildir davam edən və özündə 20-dən çox nəşriyyatla əməkdaşlığı əks etdirən “Nəşrlərin satınalınması” müsabiqəsi təşkil edilir. İki il ərzində müsabiqə nəticəsində kitabxananın fondu 6000-dən çox kitabla komplektləşdirilib. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, məlumat nəşrləri, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Kitabxana kitab təbliğatı istiqamətində sosial şəbəkələrdən virtual təbliğat üsulu kimi geniş istifadə edir. Bu gün gənclərin ən çox toplandığı və istifadə etdiyi kitabxananın sosial şəbəkə platformaları yeni kitablar, maraqlı məlumatlar, əlamətdar tarixlər, şanlı Zəfər tarixi, hərbi-vətənpərvərlik mövzularında hazırlanan multimedia məhsullarının gündəlik paylaşımları ilə ön sıralardadır. 13 mindən çox istifadəçisi olan kitabxananın instaqram səhifəsində yerləşdirilən gündəlik paylaşımların baxış sayı 250-400-dür. İl ərzində kitabxananın sosial şəbəkə səhifələrində 381 paylaşım edilib.

Bu il kitabxana 22 adda qəzet (onlardan 17 adda Azərbaycan, 4 adda rus, 1 adda ingilis dillərində), 12 adda jurnala (onlardan 10 adda Azərbaycan, 2 adda rus dillərində) abunə olub.

Kitabxanada mütəmadi olaraq müəllif görüşləri, imza günləri, yeniyetmə-gənclərin ədəbi-bədii kompozisiyaları və rəsmlərindən ibarət sərgilər, ekskursiyalar təşkil edilir. Bu il ərzində Gənclər Kitabxanasında "Azərbaycan Ədəbiyyat Fondu" və "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmə, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimləri və digər tədbirlər təşkil edilib.

Bu il Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq sənədli materiallar əsasında yazılan və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamlarını araşdıran “Tariximizin Heydər Əliyev zirvəsi” kitabı işıq üzü görüb.

Cari ildə Respublika Gənclər Kitabxanası “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsini həyata keçirib. Layihə çərçivəsində Ulu Öndərə həsr olunan 4 hissədən ibarət sənədli film, virtual kitab sərgiləri, elektron məlumat bazası hazırlanıb, sosial şəbəkələrdə çoxlu sayda paylaşımlar edilib. Həmçinin kitabxananın rəsmi saytında “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti, “Olaylar”, “Bakı xəbəri” kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq 100-dən çox məqalə toplanmışdır.

“Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

Kitabxananın həyata keçirdiyi digər bir layihə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi olub. Layihə çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Respublika Gənclər Kitabxanasında azad olunmuş əzəli Azərbaycan torpaqları haqqında virtual kitab sərgiləri, videomateriallar və elektron resurslar bazası hazırlanıb.

Bu il Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı təmsil edib. Bundan əlavə cari il ərzində Gənclər Kitabxanasının əməkdaşları digər beynəlxalq və yerli konfranslarda, vebinarlarda, forum və tədbirlərdə iştirak ediblər. Kitabxana Rusiya Dövlət Kitabxanası, İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalar ilə əməkdaşlıq edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

В Москве задержан подросток, угрожавший совершить теракт в парке «Царицыно»

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq