CƏMİYYƏT
2050-ci ilə qədər bakteriyalardan ölüm halları bədxassəli şişlərin qurbanlarının sayından çox olacaq
Bakı, 13 dekabr, AZƏRTAC
Superbakteriyalar antibiotik və antiseptiklərin çoxuna davamlılığı ilə seçilən xüsusi növdür. Belə bakterial toxumlaşma zamanı sadə müalicə və yoluxan yerin təmizlənməsi səmərəli olmur. Bakteriyaların davamlığı ilə yeni nəsil antibiotiklər arasında rəqabət sonunda təbabəti küncə sıxışdırmalıdır. Alimlərin fikrincə, dünya artıq 2050-ci il üçün bu fəlakətin nəticələri ilə üzləşəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Rand Europe” təşkilatının və “KPMG” auditor firması alimlərinin fikrincə, o vaxta qədər bakteriyalar hər il 10 milyondan çox insanı tələf edəcək.
Bakteriyalar əleyhinə yeni preparatların işlənib hazırlanmasına 100 trilyon dollardan çox vəsait lazımdır. 2012-ci ilin statistikasına görə, 2012-ci ildə bakterial infeksiyalardan 8,2 milyon adam həlak olub.