20 Yanvar faciəsinin 24-cü ildönümü Füzulidə geniş qeyd olunur
Füzuli, 19 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələrinin 24-cü ildönümü Füzuli rayonunda silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin tədbirlər planına əsasən bölgənin idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində anma mərasimləri, konfranslar, yığıncaqlar, tamaşalar, xatirə gecələri təşkil edilir.
Faciənin ildönümü ərəfəsində Füzuli Dövlət Dram Teatrında “Qanlı Yanvar” adlı ədəbi-bədii kompozisiya, kitab, rəsm və foto sərgisi, Zobucuq qəsəbəsindəki mərkəzi kitabxanada “20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir, 3 nömrəli tam orta məktəbdə rəsm sərgisi, musiqi təmayüllü gimnaziyada ədəbi-bədii kompozisiya təqdim olunmuş, ümumtəhsil məktəblərində birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.
Füzuli rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir. Yanvarın 20-də Bala Bəhmənli kəndi ərazisindəki “Şəhidlər” abidəsi önündə ümumrayon anma mərasimi keçiriləcək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dualar oxunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]