Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir Ceyhun Bayramov Ankarada keçirilən “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransında çıxış edib VİDEO

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada “2023- Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunın sədrliyi ilə keçirilən növbəti hissədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışı dinlənilib.

Giriş nitqində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan nazir Mövlud Çavuşoğlu deyib ki, müttəfiqlik münasibətlərimiz və qardaşlıq əlaqələrimiz xüsusi xarakter daşıyır. Dünyada bunun bənzəri yoxdur. Bundan əlavə, tarixi çətin dövrləri bir millət olan Azərbaycan və Türkiyə xalqlarını bir-birinə daha da yaxınlaşdırdı. Bir əsr əvvəl Azərbaycan türkləri milli mübarizəmizə dəstək üçün əlində, ovcunda nə var idisə qardaş köməyi deyərək Türkiyəyə göndərdi. Yəni, qardaşlarımız Qurtuluş savaşımızda bizləri tək qoymadılar. Qardaş köməyini 2020-ci ildə də gördük. Can Azərbaycanın Qarabağın işğaldan azad edilməsinə şahid olduq. Amma bu dəfə bütün Türkiyə xalqı Can Azərbaycanın yanında oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi ilə əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu deyib ki, müttəfiqlik, sadəcə, könüldə olmaz, bunu gerçəkləşdirən amillər var. Bu birliyə vəsilə olan ən mühüm səbəb Can Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, yəni, Qarabağ Zəfəri oldu. Qarabağ Zəfəri ilə türk dünyasının özünə olan güvəni daha da artdı. Şuşa Bəyannaməsindən sonra İstanbulda keçirilən Zirvə görüşü zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Bundan sonra təşkilata rəhbərlik Azərbaycandan Türkiyəyə keçdi. Azərbaycanın da məlum pandemiyanın çətinliklərinə və Vətən müharibəsindən irəli gələn son dərəcə ağır şərtlərə baxmayaraq, qardaş ölkə təşkilatımıza uğurla sədrlik etdi. İkitərəfli əməkdaşlıqlarımızla yanaşı, bölgənin sülh və sabitliyi üçün də işləyirik, ideyalar irəli sürürük. Məlum olduğu kimi, üçtərəfli-dördtərəfli formatlarda mexanizmlərimiz var. Bunlar Türkiyə ilə Azərbaycanın mərkəzdə olduğu mexanizmlərdir.

Münaqişə və qarşıdurmaların heç kəs üçün faydalı olmadığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu deyib ki, Ukrayna böhranı bizim bölgəmizdə ölkələrimizin əhəmiyyətini daha da artırdı. “Biz hər zaman bölgəmizdə sülh uğrunda işlər aparmışıq. Amma bu gün dünyanın ehtiyacı olan xüsusilə enerji və qida böhranının yaşandığı bir dövrdə nəqliyyat və ticarət kimi mövzularda bütün dünyaya kömək göstərmək istəyirik. Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin toplantısını həyata keçirdik. Bunun ardından ötən həftə Özbəkistanda Türkiyə, Azərbaycan, Özbəkistan xarici işlər nazirləri, ticarət və nəqliyyat nazirləri toplandı. Bu təşəbbüsü də Azərbaycan tərəfi irəli sürmüşdü”, - deyə o qeyd edib.

Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyəti dəyərləndirən natiq bildirib ki, Ermənistan ilə ayrı-ayrılıqda həyata keçirilən normallaşma prosesini də paralel aparırıq və bir-birimizə hər mərhələdə məlumat veririk, fikir mübadiləsi aparırıq və yeri gəldiyində kritik nöqtələrdə necə addım atacağımızla bağlı birgə qərar veririk. Qeyd etdiyim kimi, Ermənistanı törətdiyi təxribatlardan əl çəkməsi ilə bağlı bir daha xəbərdar edirik. Bölgədə sabitlik və sülh üçün Türkiyə və Azərbaycan səmimidir. Bu normallaşma Ermənistanın da xeyrinədir. Sadəcə, xoş sözlərlə olmaz, konkret addımlar atmalı və anlaşmaları həyata keçirməliyik. Türkiyə hər zaman Can Azərbaycanın yanındadır. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Azərbaycan xüsusilə Türkiyənin olmadığı platformalarda ölkəmizin haqlarını hər zaman ən azı bizim qədər müdafiə edir. Həqiqətən çətin dövrdən keçdik, sözün əsl mənasında, alovdan köynək geyindik. Bu dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tarix kitablarına salınacaq çox vacib uğurlara imza atdı.

Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrini yüksək dəyərləndirən xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, etnik, mədəni və tarixi tellərlə bağlı olan qardaşlığımız və dostluğumuz Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qarşılıqlı maraqlarımıza xidmət edən gerçək addımlarla dəstəklənir. Xarici siyasət və diplomatiya sahəsində də əlaqələrimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - bizim kədərimiz, sevinci - bizim sevincimizdir" tarixi kəlamları çərçivəsində inkişaf edir. Bənzərsiz əlaqələrimiz artıq Türkiyə diplomatlarının Azərbaycanın maraqlarını, Azərbaycan diplomatlarının Türkiyənin maraqlarını müxtəlif beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə yüksəlmişdir. Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən həyata keçirilir. 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxışı zamanı erməni iftira və hücumlarına münasibətdə Prezident İlham Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!” sözləri, Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman, xüsusilə də 44 günlük Vətən savaşı zamanı vurğuladığı “Azərbaycan bizim qırmızı cizgimizdir!” ifadəsi diplomatiya tarixində bənzərsiz əlaqələrin təzahürüdür. Bu mənada ikitərəfli münasibətlərimizin inkişafına töhfə verən dəyərli məsləkdaşlarımıza təşəkkür etmək istəyirəm. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bununla yanaşı, hələ gedəcək yolumuz, çatacağımız çox hədəflərimiz var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm.

Son 30 ildə beynəlxalq münasibətlər sistemində sürətli və ciddi dəyişikliklər baş verdiyini xatırladan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırıb ki, inkişaf və tənəzzül, inteqrasiya və özünütəcrid, bolluq və səfalət, əməkdaşlıq və rəqabət yan-yana irəliləyir. Bir tərəfdə təkamül, texnoloji və iqtisadi inkişaf, digər tərəfdə isə savaşlar, xəstəliklər və aclıq hökm sürür. Bir tərəfdən əməkdaşlığın sayı artarkən, digər tərəfdən de-inteqrasiya və özünütəcrid tendensiyaları davam edir. Bütün bu proseslər, əslində, beynəlxalq sistemdəki çalxalanma, məmnuniyyətsizlik və inamsızlıqları aydın formada göstərir. Eyni zamanda, mövcud beynəlxalq sistemin rəngarəngliyini ortaya çıxarır, işbirliyinin nə qədər əhəmiyyətli olduğunu isbat edir. Beynəlxalq sistemin bütün üzvlərinə eyni qaydada təsir edən bu dəyişikliklər və bəlkə də “sistematik böhran” dövrünü bəsləyən, fikir ayrılığı və beynəlxalq ədalətsizliyi artıran bir çox amillər var ki, onların bəzilərinə toxunmaq istərdim. İlk olaraq təəssüflə qeyd edim ki, son illərdə beynəlxalq hüquq və normaların həyata keçirilməsində ciddi çatışmazlıqlar müşahidə edirik. Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq əraziləri 30 il ərzində işğal altında saxlanılan bir dövlətin təmsilçisi kimi deyə bilərəm ki, hüququn tətbiqindəki zəifliklər, əslində, mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir. Bu gün, sadəcə, bəzi güclərin maraqlarına xidmət edən, “selektiv tətbiqlə” beynəlxalq hüququn icrası, ayrı-seçkilik ciddi narahatlıq doğurur. Bunun fəsadları, sadəcə, haqları pozulan xalqlar deyil, böyük güclər də daxil olmaqla, bütün sistem tərəfindən hiss edilir. Bu xüsusda, beynəlxalq hüquq və ədalətə inamı bərpa edərək beynəlxalq sistemdəki mövcud mexanizmlərin təsirinin artırılması, sistem və struktur dəyişikliyinin astanasında olduğumuz bu dövrdə önəmli addımdır.

Soyuq savaşdan sonra artan qloballaşma tendensiyası müsbət proseslərlə yanaşı, “təhdid” konsepsiyasını yenidən genişləndirib şaxələndirdiyini deyən nazir Ceyhun Bayramov bildirib ki, hazırda “təhdid” termini, sadəcə, dövlətlər arasındakı milli zəmində münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayan transmilli və beynəlxalq təhdidləri də əhatə edir. Hər kəsə aydındır ki, artıq heç bir dövlət inkişaf edən yeni növ təhdidlərlə təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq hüququn təməl prinsiplərini təşkil edən ərazi bütövlüyü, suverenlik və müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılsaydı, bu gün münaqişələrin və ədalətsizliklərin bir çoxunun qarşısı alınardı. Eyni zamanda, qeyd olunmalıdır ki, iqlim dəyişikliyi və qlobal istiləşmə, pandemiya və ərzaq böhranı mövcud dünyamızın reallıqları arasındadır. Deyə bilərik ki, həm iqlim dəyişikliyi, həm də hərbi münaqişələr və onların iqtisadi nəticələri bəşəriyyəti ərzaq qıtlığı kimi qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur. Təsadüfi deyil ki, bu gün Ukrayna ətrafında yaşanan hadisələr ciddi narahatlıq doğurur və bir daha beynəlxalq sistemin bütün aktorlarına xatırladır ki, dünyanın istənilən yerində baş verənlər hamımıza təsir göstərir. Mövcud beynəlxalq sistemdə, xüsusilə də böhran dövründə artan sosial ədalətsizlik və insani dəyərlərin heçə sayılması bu gün hər birimizi narahat edən digər amillərdir. Bunun ən bariz nümunəsini bəşəriyyətimiz üçün ciddi sınaq olan COVID-19 pandemiya dövründə müşahidə etdik. Zəngin dövlətlərin bəzilərinin ehtiyaclarından daha artıq vaksin tədarükü ilə digərlərini dərmana sahib olmaqdan məhrum etməsi və tətbiq edilən “vaksin millətçiliyi” hər kəsdə beynəlxalq sistemdəki ədalətlə bağlı suallar yaratmışdır. Pandemiya, əslində, bizə bir daha həmrəylik və əməkdaşlığın əhəmiyyətini xatırlatdı. Sevinc və qürur hissi ilə vurğulamaq istərdim ki, Azərbaycan da qardaş Türkiyə kimi, pandemiya dövründə həm beynəlxalq platformalardakı təşəbbüsləri, həm də fərdi dəstəyi ilə ehtiyacı olan 80-dən çox ölkəyə maddi və humanitar yardım edib. Bu günədək bütün beynəlxalq platformalarda pandemiya səbəbindən ortaya çıxan fors-major durumda ədalətli, bərabər və humanitar yanaşmanın önəmli olduğunu bəyan etmişik. Bu səbəbdən də konfransımızın mövzusuna uyğun olaraq qeyd etmək istərdim ki, dəyişən və özündə ciddi çağırışları tələb edən mövcud beynəlxalq sistemdə “müdrik və mərhəmətli diplomatiya”nın əhəmiyyəti danılmazdır.

Beynəlxalq ədalətin təsis olunmasında bu gün qardaş Türkiyənin səylərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov deyib ki, 500 illik bir mirasa sahib olan türk diplomatiyasının qazandığı uğurlar Türkiyənin beynəlxalq aktor kimi rolunu gündən-günə artırır. Dünyanın ən geniş 5-ci diplomatik təsisatına malik diplomatik təmsilçilikləriniz bu gün Türkiyənin gücünə güc qatır. Əminik ki, Türkiyənin olmadığı bir platformada Azərbaycanın tətbiq etdiyi kimi, bizim olmadığımız bir yerdə səsimizin, sözümüzün eşidilməsini qardaş Türkiyənin diplomatları həyata keçirirlər. Türkiyə bir çox digər sahələrdə olduğu kimi, həm də diplomatiyada yeniliklərin ortaya çıxması və tətbiqində qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Antalya Diplomatiya Forumundakı uğurlarınızı, rəqəmsal diplomatiyadakı addımlarınızı yaxından izləyir, təcrübədən məmnuniyyətlə istifadə edirik. Türkiyənin diplomatiyada qabaqcıl və mərkəzi ölkəyə çevrilməsini sevinc və fəxrlə qarşılayır, uğurlarınızı öz uğurumuz kimi qəbul edirik. Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” kəlamı, Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür!” ifadəsi Türkiyə diplomatiyasının kökündə hər zaman barış və ədalətin dayandığını bir daha ortaya qoymuşdur. Elə bu səbəbdən də təsadüfi deyil ki, qardaş ölkəmiz qlobal güclərin hesablaşdığı bir aktora çevrilmişdir. Bu gün dünyanın bir çox bölgəsindəki münaqişələrin həlli Türkiyəyə etibar edilir və rəsmi Ankara vasitəçi kimi dəvət olunur. Suriya, Liviya, Ukrayna böhranlarında Türkiyənin beynəlxalq hüquq və insani dəyərlərə əsaslanan vasitəçiliyi, prinsipiallığı türk diplomatiyasının dərinliyi, insan və ədaləti hər zaman ön planda saxlayan dinamikasını nümayiş etdirmişdir.

Torpaqlarımızın işğaldan azad edilməsi zamanı Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstəyin, sadəcə, qardaşlıq münasibətlərinin təzahürü deyil, eyni zamanda, Türkiyənin doğrunun, haqqın və ədalətin yanında dik durması kimi tarixdə öz yerini qazandığını ifadə edən nazir Ceyhun Bayramov bildirib ki, bu dövrdə bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, türk diplomatları azərbaycanlı məsləkdaşları ilə birlikdə bütün platformalarda çiyin-çiyinə çalışaraq, haqq səsimizin dünyada eşidilməsi üçün ciddi mübarizə apardılar. “Başda Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə beynəlxalq ədalətin bərqərar olması yolundakı fəaliyyətlərinə dəstək verən bütün türk diplomatlarına təşəkkürümü bildirir, bundan sonra da məhsuldar fəaliyyətlərimizi birlikdə yaşamağı arzu edirəm. Eyni zamanda, bu gün burada olmağımdan istifadə edərək, ASALA və digər erməni terror təşkilatlarının törətdikləri terror aktları nəticəsində şəhadətə yüksələn türk diplomatları və ailə üzvlərini də ehtiramla anmaq istəyirəm. Türk diplomatlarımıza qarşı törədilən bu terror aktları erməni terrorizminin hələ XX əsrin 70-80-ci illərində türk etnik kimliyinə olan nifrətini isbat edərək, əslində, sonrakı onilliklərdə Azərbaycanın başına gələn faciələrin xəbərçisi olmuşdur. Düşünürəm ki, nifrət üzərində qurulan bir ideologiya ən böyük zərəri özünə vurur. Bundan imtina etmək həm regional inteqrasiyaya, həm də erməni xalqının rifahına xidmət edə bilər. Biz Azərbaycan və Türkiyə olaraq iradəmizi ortaya qoymuşuq və qarşı tərəfdən də adekvat addımlar gözləyirik”, - deyə nazir fikirlərini yekunlaşdırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Nazir Ceyhun Bayramov Ankarada keçirilən “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransında çıxış edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı