Niyaz İsmayılov: Azərbaycanın mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətdə mühüm addımlar atırıq VİDEO
Ankara, 24 noyabr, AZƏRTAC
Həyata keçirdiyimiz layihələrin məqsədi Azərbaycanın mədəni irsini bütün dünya ictimaiyyətinə daha geniş çatdırmaqdır. Üç gün ərzində Türkiyədə keçirdiyimiz təqdimatlar bu istiqamətdə atılan mühüm addımlardandır.
AZƏRTAC xəbər verir ki, bu fikri açıqlamasında “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov ifadə edib.
“Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlərin Türkiyənin nüfuzlu kitabxanalarının fondlarına daxil edilməsini vacib amil kimi dəyərləndirən Niyaz İsmayılov əminliklə bildirib ki, hər iki kitab Azərbaycan həqiqətlərinin qardaş ölkədə daha dərindən öyrənilməsinə töhfə olacaq.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə nəfis tərtibatda, yüksək dizayn və poliqrafiya ilə hazırlanan “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlərin türk dili versiyalarının təqdimatı qardaş Türkiyədə böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara