İDMAN


SƏRBƏST GÜLƏŞ ÜZRƏ ÖLKƏ ÇEMPİONLARI MƏLUM OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, yanvarın 8-də Bakıdakı “ABU Arena”da sərbəst güləş üzrə ölkə çempionatına yekun vurulmuşdur.

İki gün davam edən çempionatda 100-dən çox idmançı qüvvəsini sınamışdır.

Çempionatda Abil İbrahimov (55 kq), Allahverdi Vəliyev (60 kq), Emin Əzizov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xitaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qaliblərə medallar, fəxri fərmanlar və pul mükafatları təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.