“Axios”: Tramp razılaşma olmadığı təqdirdə, İranı daha güclü zərbələrlə hədələyir
Bakı, 18 may, AZƏRTAC
İranla razılaşma əldə olunmazsa, ABŞ tərəfi İrana qarşı zərbələri yenilənmiş güclə davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə bildirib.
“Biz razılaşma əldə etmək istəyirik. Onlar hazırda istədiyimiz mövqedə deyillər. Ora çatmalıdırlar, əks halda onlara ağır zərbə vurulacaq və biz bunu istəmirik”, – deyə ABŞ lideri qeyd edib.
O əlavə edib ki, əgər Tehran Vaşinqton üçün məqbul olan yeni təklif irəli sürməsə, İran “əvvəlkindən daha ağır” zərbə ilə üzləşə bilər.
Portalın məlumatına görə, ABŞ lideri İrana qarşı əlavə hərbi variantları müzakirə etmək üçün mayın 19-da milli təhlükəsizlik komandası ilə görüş keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]