PUA hücumu BƏƏ-də AES yaxınlığında yanğına səbəb olub
Qahirə, 17 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Zafra rayonunda yerləşən “Baraka” Atom Elektrik Stansiyasının daxili perimetrindən kənarda elektrik generatorunda yanğın baş verib.
AZƏRTAC BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, hadisə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində baş verib. Aidiyyəti qurumlar insident zamanı xəsarət alanların olmadığını və radiasiya təhlükəsizliyi səviyyəsində hər hansı dəyişiklik qeydə alınmadığını bildiriblər.
Hücumun kim tərəfindən edildiyi barədə məlumat verilməyib. Qeyd olunub ki, hadisədən dərhal sonra bütün zəruri ehtiyat tədbirləri görülüb. Xüsusi təyinatlı fövqəladə hallar qrupları yanğını qısa müddətdə lokallaşdıraraq tam nəzarətə götürüb. Hazırda vəziyyət nəzarətdə saxlanılır və stansiyanın, eləcə də ətraf ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində monitorinq davam etdirilir.
BƏƏ-nin Federal Nüvə Tənzimləmə Qurumu da yaydığı bəyanatda yanğının stansiyanın təhlükəsizliyinə və əsas sistemlərin fəaliyyətinə təsir göstərmədiyini vurğulayıb. Bildirilib ki, stansiyanın bütün enerji blokları normal rejimdə və beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [16:59]
Norveç paytaxtında Konstitusiya Günü qeyd olunur
- 17.05.2026 [15:51]
Konqo və Uqandada Ebola virusu sürətlə yayılır
- 17.05.2026 [12:42]
Nigeriyada 17 polis öldürülüb
- 17.05.2026 [12:26]
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub
- 17.05.2026 [12:06]
Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
- 17.05.2026 [11:12]
Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib
- 17.05.2026 [09:00]