Culi Perkins: Su şəhərlərin dayanıqlı inkişafında əsas həll mənbəyinə çevrilə bilər
Bakı, 17 may, AZƏRTAC
Dünya Şəhərsalma Forumu şəhər problemlərinin və urbanizasiya çağırışlarının müzakirə olunduğu ən böyük qlobal platformadır. Forum şəhərlərin dayanıqlı inkişaf məqsədlərinə uyğun şəkildə planlaşdırılması, inşası və idarə olunması, həmçinin hər kəs üçün əsas xidmətlərə əlçatanlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Culi Perkins bildirib.
Onun sözlərinə görə, su təchizatı və kanalizasiya sistemləri, eləcə də ümumilikdə urban xidmətləri şəhər inkişafının mərkəzi komponentidir.
“Bu xidmətlər artıq şəhərsalma prosesində kənar element kimi deyil, dayanıqlı və inklüziv şəhərlərin formalaşmasında əsas iştirakçılar kimi qəbul edilməlidir”, - deyə UN-Habitat nümayəndəsi qeyd edib.
O, Bakıda keçirilən görüşdə su, tullantıların idarə olunması, nəqliyyat və digər əsas şəhər xidmətləri sahəsində fəaliyyət göstərən tərəflərin bir araya gəldiyini bildirib. Perkins əlavə edib ki, məqsəd bu xidmət təminatçılarının şəhərsalma siyasətində daha güclü səsə və rola malik olmasını təmin etməkdir: “Su bəzən problem kimi görünə bilər — daşqınlar və gündəlik çətinliklər yarada bilər. Lakin su, eyni zamanda, həllərin mənbəyidir. O, insanları birləşdirir, həyatın əsasını təşkil edir və dayanıqlı inkişaf üçün vacib resursdur”.
UN-Habitat rəsmisi əlavə edib ki, gələcək şəhərsalma gündəliyində suyun yalnız infrastruktur elementi deyil, həm də yaşayış və şəhər dayanıqlılığı üçün əsas faktor kimi qəbul edilməsi vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [18:39]
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB
- 17.05.2026 [18:39]
Liviyalı nazir: WUF13 mühüm əhəmiyyət daşıyır
- 17.05.2026 [18:29]
Afrikalı ekspert: Yaşıl enerji şəhərlərin davamlı inkişafı üçün vacibdir
- 17.05.2026 [18:28]
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
- 17.05.2026 [18:10]