Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 7 medalla başa vurub
Bakı, 17 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi 2 medal qazanıb.
Tunar Həsənov (45 kiloqram) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabı ilə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.
İbrahim Həsənov (51 kiloqram) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [22:19]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [19:59]
“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb
- 17.05.2026 [12:23]
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olunub
- 17.05.2026 [11:56]
"Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum olub
- 17.05.2026 [10:15]
Premyer Liqa: “Neftçi” çempiona, “Zirə” “Sumqayıt”a qarşı
- 16.05.2026 [20:11]