Anqolalı nazir: WUF13-də qazanılacaq təcrübə Afrika ölkələri üçün də faydalı olacaq
Bakı, 17 may, AZƏRTAC
Şəhərlərin qarşılaşdığı əsas problemlərdən biri sürətli urbanizasiya və mövcud infrastrukturun buna tam cavab verməməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anqolanın ictimai işlər, şəhərsalma və mənzil naziri Karlos Santos bildirib.
O deyib ki, urbanizasiya prosesinin düzgün idarə olunması üçün su, sanitariya, mobillik və ətraf mühit sahələrində dayanıqlı infrastrukturun qurulması vacibdir. Nazir, həmçinin diqqətə çatdırıb ki, belə beynəlxalq tədbirlər ölkələr arasında təcrübə və baxışların paylaşılması baxımından böyük əhəmiyyət daşıyır.
Karlos Santos WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, burada əldə edilən təcrübənin Afrika ölkələri üçün də faydalı olacağını bildirib.
Müəllif - Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:14]
Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır
- 28.09.2026 [13:54]
SOMDA-nın rəhbərliyi və şəxsi heyəti Zəfər parkını ziyarət edib
- 28.09.2026 [13:36]
AQTA-nın sədri sahibkarları dinləyəcək
- 28.09.2026 [13:24]
Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
- 28.09.2026 [13:14]
Vətən müharibəsi şəhidləri Tallində yad edilib
- 28.09.2026 [13:04]
Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib
- 28.09.2026 [12:30]