Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
Bakı, 17 may, AZƏRTAC
Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
AZƏRTAC xəbər verir ki, son yarış günündə milli komanda aktivinə daha 5 medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat qazanıblar.
Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.
Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [19:59]
“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb
- 17.05.2026 [12:23]
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olunub
- 17.05.2026 [11:56]
"Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum olub
- 17.05.2026 [10:15]
Premyer Liqa: “Neftçi” çempiona, “Zirə” “Sumqayıt”a qarşı
- 16.05.2026 [20:11]