Gülşən Rzayeva: Azərbaycanda mənzil təminatı sosial siyasətin mərkəzində yer alır
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda mənzil təminatı sosial siyasətin mərkəzində yer alır və genişmiqyaslı tikinti və şəhərsalma layihələrinin əsasını təşkil edir. Qarabağ və digər azad edilmiş ərazilərin bərpasından sonra ölkəmiz müasir tarixində ən böyük yenidənqurma və məskunlaşma proseslərindən birini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günündə “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellərin açılışında WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva bildirib.
O qeyd edib ki, şəhərlərin yenidən qurulması, icmaların bərpası və yeni yaşayış mühitlərinin yaradılması istiqamətində geniş işlər görülür. Bu yanaşmada mənzil yalnız əsas ehtiyac deyil, həm də qayıdışın, sabitliyin və uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvəsidir.
Azərbaycan təmsilçisi şəhərsalma və mənzil məsələlərinin müzakirə olunduğu bu mühüm platformanı yaratdığı üçün BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür edib. Qeyd olunub ki, UN-Habitat ilə sıx əməkdaşlıq və WUF13-də iştirak edən bütün tərəfdaşların qətiyyətli öhdəliyi dialoq mərhələsindən konkret fəaliyyətə keçmək üçün real imkanlar yaradır.
Müxbir - Elgün Niftəli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [18:10]
WUF13 könüllüləri: məsuliyyətli, çalışqan və gülərüz! FOTOREPORTAJ
- 17.05.2026 [17:55]
Moldova mediası WUF13 haqqında məqalə dərc edib
- 17.05.2026 [17:35]
Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
- 17.05.2026 [17:33]