İDMAN


AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ KUBOKU UĞRUNDA BEYNƏLXALQ TURNİRƏ YEKUN VURULMUŞDUR

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında sərbəst güləş üzrə gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnirə yekun vurulmuşdur.

Turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, İran, Gürcüstan və Özbəkistan idmançıları da mübarizə aparmışlar.

Yarışın nəticələrinə görə, Əhmər Peker (50 kq, Türkiyə), Yaşar Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov (55, 66, 84 kq, Azərbaycan), Xeybulla Şaalov (60, kq Rusiya), Tovkal Səid (74, kq İran), Giorgi Çqovani və Levan Berjalidze (96, 120 kq, Gürcüstan) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.