Nəriman Axundzadənin ABŞ klubundakı məvacibi açıqlanıb
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubundakı maaşı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən, 22 yaşlı hücumçunun Ohayo təmsilçisində illik məvacibi 550 000 ABŞ dolları (vergilərlə birlikdə 633 389 dollar) təşkil edir.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” klubuna bu ilin fevral ayında “Qarabağ”dan keçib. Futbolçu MLS təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:57]
Litvalı baş məşqçi Azərbaycan futbolunun tarixinə düşüb
- 14.05.2026 [12:21]
“Sabah” polşalı futbolçu ilə 3 illik müqavilə imzalayıb
- 14.05.2026 [12:20]
“Neftçi”nin apellyasiya şikayəti yenə təmin edilməyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]