Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

Bakı, 11 iyun, AZƏRTAC

Disleksiya adətən uşaqlıq dövrü ilə əlaqələndirilsə də, mütəxəssislər bildirirlər ki, bu öyrənmə çətinliyinin bəzi xüsusiyyətləri yeniyetməlik və yetkinlik dövründə də özünü göstərə bilər. Bəs disleksiya niyə illərlə gizli qala bilir? Disleksiyası olan böyüklər gündəlik və peşə həyatında hansı çətinliklərlə üzləşirlər? Müasir texnologiyalar bu şəxslərə necə dəstək olur? Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Samirə Həsənova mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Samirə xanım, cəmiyyətdə belə bir fikir formalaşıb ki, disleksiya yalnız uşaqlıq dövründə özünü göstərir. Bu, nə dərəcədə doğrudur?

- Disleksiya uşaqlıq dövründə ortaya çıxan öyrənmə çətinliyidir və əsasən məktəbəqədər yaşdan etibarən müşahidə olunur. Erkən müdaxilə və keyfiyyətli dəstək nəticəsində ciddi irəliləyiş əldə etmək mümkündür. Lakin disleksiya yalnız uşaqlıq dövrü ilə məhdudlaşmır. Onun bəzi xüsusiyyətləri yeniyetməlik, gənclik və yetkinlik dövrlərində də müxtəlif formalarda özünü göstərə bilər.

- Disleksiya yetkinlik dövründə niyə çox vaxt “gizli” qalır?

- Bir çox insan disleksiyanı illər ərzində müxtəlif uyğunlaşma və “kompensasiya” mexanizmləri vasitəsilə idarə edir. Daha çox vaxt sərf etmək, qeydlər aparmaq, fərqli öyrənmə üsullarından və texnologiyalardan istifadə etmək bu prosesin bir hissəsidir. Bu səbəbdən çətinliklər uzun müddət nəzərə çarpmaya və yalnız təhsil və ya peşə həyatında tələblər artdıqda daha aydın şəkildə ortaya çıxa bilər.

- Disleksiyası olan böyüklər gündəlik həyatda hansı əsas çətinliklərlə qarşılaşırlar?

- Disleksiyası olan yetkin şəxslər gündəlik həyatda müxtəlif çətinliklərlə qarşılaşa bilərlər. Bu, xüsusilə uzun mətnlərin oxunması zamanı özünü göstərir - oxu tempi ləngiyə, eyni mətni bir neçə dəfə oxuma ehtiyacı yarana bilər. Yeni sözlərin, terminlərin və adların yadda saxlanması, təlimatların izlənməsi və ardıcıl addımlardan ibarət tapşırıqların yerinə yetirilməsi də çətin ola bilər. Bəzi insanlar məlumatı oxumaqdansa dinləmə və ya səsli formatda qəbul etməyi daha rahat hesab edirlər. Əlamətlər davamlı müşahidə olunarsa, mütəxəssis qiymətləndirməsinə ehtiyac yarana bilər.

- Disleksiya hansı çətinliklərə gətirib çıxara bilər?

- Disleksiya hər yaş dövründə fərqli çətinliklərlə özünü göstərə bilər. Disleksiya uşaqlıq dövründə tanınmadıqda özünəinamın azalmasına, öyrənməyə marağın zəifləməsinə və akademik fəaliyyətlərdən yayınmaya səbəb ola bilər. Yeniyetməlik və gənclik dövründə artan akademik tələblər, genişhəcmli oxu materialları və qiymətləndirmə prosesi əlavə çətinliklər yarada bilər. Yetkinlik dövründə isə çətinliklər daha çox peşə fəaliyyəti və gündəlik həyatda məlumatların qəbulu və emalı zamanı özünü göstərə bilər. Erkən müdaxilə riskləri xeyli dərəcədə azaldır.

- Disleksiyası olan yetkin şəxslər gündəlik həyatda qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlirlər?

- Bu şəxslər gündəlik həyatda qarşılaşdıqları çətinlikləri azaltmaq məqsədilə müxtəlif uyğunlaşma strategiyalarından istifadə edirlər. Mətni hissələrə bölmək, daha çox vaxt ayırmaq, qeydlər aparmaq, dinləmə əsaslı öyrənmədən və rəqəmsal vasitələrdən istifadə etmək bu strategiyalara daxildir. Lakin bu üsullar peşəkar qiymətləndirmə və mütəxəssis dəstəyini əvəz etmir, əksinə, gündəlik fəaliyyəti daha rahat təşkil etməyə kömək edir.

- Müasir texnologiyalar disleksiyası olan böyüklərə necə kömək edir?

- Səsləndirmə proqramları, audiokitablar, mətnin nitqə çevrilməsi və süni intellektəsaslı vasitələr disleksiyası olan yetkin şəxslərin məlumatı daha rahat qəbul etməsinə imkan yaradır. Bu texnologiyalar oxu çətinliklərini tam aradan qaldırmır, lakin gündəlik funksionallığı artıraraq təhsil və peşə həyatında dəstəkləyici vasitə kimi çıxış edir. Bununla yanaşı, texnoloji imkanlar mütəxəssis dəstəyinin alternativi deyil, onu tamamlayan vasitələr kimi qiymətləndirilməlidir.

- Universitet bitirmiş və ya uğurlu karyera qurmuş insanda da disleksiya ola bilərmi?

- Disleksiya zəka göstəricisi deyil və insanın ümumi potensialını müəyyən etmir. Disleksiyası olan şəxslər müxtəlif sahələrdə uğur qazana bilirlər. Onların əldə etdikləri uğurlar uyğunlaşma bacarıqları, istifadə etdikləri strategiyalar, dəstəkləyici mühit və şəxsi səyləri ilə sıx bağlıdır.

- Disleksiya ilə bağlı stereotiplərin aradan qaldırılmasında cəmiyyət, təhsil müəssisələri və medianın rolu nədən ibarətdir?

- Cəmiyyət disleksiyanı tənbəllik, diqqətsizlik və ya istəksizlik kimi qiymətləndirməməlidir. Təhsil müəssisələrində maarifləndirmə və düzgün diaqnostika mexanizmləri gücləndirilməli, müəllimlər bu sahədə məlumatlandırılmalıdırlar. Media isə mövzunu elmi əsaslarla, düzgün terminologiya ilə və stereotipləri gücləndirmədən ictimaiyyətə çatdırmalıdır. Erkən müdaxilə, keyfiyyətli dəstək və inklüziv yanaşma disleksiyası olan şəxslərin təhsil, peşə və sosial həyatda öz potensiallarını reallaşdırmasına şərait yaradır.

- Disleksiyası olan şəxslərə və onların ailələrinə hansı mesajı vermək istərdiniz?

- Disleksiya insanın intellektual imkanlarını məhdudlaşdıran bir göstərici deyil. Erkən diaqnostika, vaxtında göstərilən keyfiyyətli dəstək və uyğun strategiyalar çətinliklərin təsirini azaltmağa kömək edir. Müvafiq dəstək mexanizmləri tətbiq olunduqda disleksiyası olan şəxslər təhsil, peşə və sosial həyatda öz potensiallarını reallaşdıra bilirlər. Əsas yanaşma məhdudiyyətə deyil, fərdin güclü tərəflərinin aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb