Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzlu fermer: Dövlət Proqramının qəbul olunması və xüsusən taxılçılıqla bağlı tezislər bizdə gələcəyə inamı artırır VİDEO

Oğuz, 25 iyun, AZƏRTAC

On doqquz yaşında 2 hektar taxıl əkməklə kənd təsərrüfatında ilk addımlarını atan oğuzlu fermer Fidail Məmmədov bu gün 36 yaşına qədəm qoyub və əkin sahələrini 600 hektara çatdırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əkin sahələrinin 200 hektarı fermerin şəxsi torpaqlarıdır. Kənd təsərrüfatının inkişafına dair yeni qəbul olunmuş Dövlət Proqramında taxılçılığın inkişaf etdirilməsi ilə bağlı tezis və müddəaların yer alması Fidail Məmmədovun son illər gözlədiyi ən şad xəbərlərdən birincisidir. Fermer taxılçılıq sahəsi üzrə gələcəkdə ölkə birincisi olmaq əzmindədir və dövlətin fermerlərə yaratdığı bütün imkanlardan səmərəli istifadə etməyi qarşısına məqsəd qoyub.

Oğuzun Top kənd sakini Fidail Məmmədov hər il biçin dövründə ikiqat bayram sevinci yaşayır. O, bir neçə ildir ki, ad gününü taxıl sahəsində qeyd edir. Həmin gün arpa biçininə başlayır.

Biz də onunla birlikdə əkin sahələrinə baş çəkib həm taxıl zəmilərində yetişən məhsulun vəziyyətini, həm də kombaynların iş rejimini izlədik.

“Taxılçılıq çətin və şərəfli bir sahədir. Prezidentin də müşavirədə vurğuladığı, Dövlət Proqramında da qeyd olunduğu kimi, ölkəmizdə ərzaq təhlükəsizliyi istiqamətində hər bir vətəndaş səylə çalışmalı, idxal asılılığından xilas olmalı, ixracatçıya çevrilməliyik. Mən də gələcək işlərimi bu istiqamətdə qurmağa çalışıram” - deyə Fidail bildirir. Müsahibimiz deyir ki, taxılçılığa başladığı gündən bu yana öz fermer təsərrüfatını qurmaq, genişləndirmək üçün dövlətin dəstəyini hiss edib, güzəştli kreditlər vasitəsilə kombaynlar alıb, texnikaya sahib olub, iri taxıl anbarları inşa edib. Yeni Dövlət Proqramı fermerin qarşısında daha böyük hədəflər qoyur ki, buna nail olmaq üçün dövlət-vətəndaş-fermer tərəfdaşlığı çərçivəsində nail olmağa yetərincə mənbələr və əsaslar var.

Fermer əlavə edir ki, builki qeyri-sabit hava şəraitinə baxmayaraq taxıl zəmilərində məhsul boldur. O, arpa sahələrindən 40-45 sentner məhsul götürmək əzmindədir.

Biz əkin sahəsində olarkən Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Şərif Şahhüseynov da buraya gəlir. Onunla da söhbətimizi bu istiqamətdə davam etdiririk.

“Oğuz zəngin əkinçilik ənənələri olan bir rayondur və keçmişdə olduğu kimi, bu gün də çətin hava şəraitinə baxmayaraq fermerlərimiz sahələrdən məhsul əldə edə biliblər. Hazırda Oğuzda 17 min 138 hektar sahədə payızlıq taxıl bitkiləri əkilib. Onun 9833 hektarı buğda, 7305 hektarı isə arpadır. Hava şəraiti imkan versə, biçini qısa müddətdə başa çatdırmağı planlayırıq, çünki maşın və texnika sarıdan hələlik ciddi problemimiz yoxdur”, - deyən sektor müdiri əlavə edir ki, sudan səmərəli istifadə etmək, əsasən damcılama, pivot suvarma su sistemlərinin tətbiqinə üstünlük vermək vacibdir. Hazırda rayonda 90 hektar sahə pivot suvarma sistemləri ilə suvarılır, həmçinin digər bir təsərrüfatda 50 hektarda bu il ilk dəfə sprinklerlə suvarma tətbiq olunub.

Şərif Şahhüseynov bildirir ki, Əlicançay hövzəsində ölkəmizin ən iri su anbarlarından biri inşa olunur. Bu layihənin icrası başa çatandan sonra Oğuz və Şəki rayonları ərazisində 11-12 min hektar əkinləri suvarmaq, eləcə də yaşayış məntəqələrini su ilə təmin etmək mümkün olacaq.

Sektor müdiri Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən yeni dövlət siyasətini aqrar sektorda mühüm dönüş mərhələsi kimi qiymətləndirir. Xüsusilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi taxılçılıq sahəsində yeni inkişaf modelinin formalaşdırılmasına zəmin yaradır.

“Eyni zamanda, yerli istehsal potensialının genişləndirilməsi vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Proqram çərçivəsində bölgələrdə taxılçılıq ənənələrinin yenidən bərpası və sahənin inkişafı üçün bir sıra konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Prioritet istiqamətlərdən biri müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, su resurslarından daha səmərəli istifadə edən innovativ texnologiyaların təşviqi və əkin sahələrinin məhsuldarlığının artırılmasıdır”, - deyən Şərif Şahhüseynov vurğulayıb ki, bu addımlar istehsalın dayanıqlığını təmin etməklə yanaşı, məhsul keyfiyyətinin yüksəldilməsi baxımından da əhəmiyyət daşıyır.

Müsahibimiz qeyd edib ki, fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə subsidiya, güzəştli kredit və digər maliyyə dəstəyi mexanizmlərinin tətbiqi də nəzərdə tutulur: “Bununla yanaşı, yüksək məhsuldarlığa malik toxum sortlarından istifadənin artırılması, aqrotexniki xidmətlərin gücləndirilməsi və müasir kənd təsərrüfatı texnikalarının tətbiqi də əsas istiqamətlər sırasında yer alır. Taxıl silolarının və logistika infrastrukturunun inkişaf etdirilməsi də Dövlət Proqramının mühüm komponentlərindən biridir. Bu tədbirlər məhsul itkilərinin minimuma endirilməsinə, saxlama imkanlarının genişləndirilməsinə və fermerlərin bazarlara daha rahat çıxış əldə etməsinə şərait yaradacaq”.

Xatırladaq ki, Dövlət Proqramına əsasən, buğda məhsuldarlığının ixtisaslaşmış rayonlarda 50 sentner/hektara çatdırılması, buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması planlaşdırılır.

Şərif Şahhüseynovun qənaəti belədir ki, yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyacaq. Bu, ilk növbədə, kənd yerlərinin sosial rifahını gücləndirəcək və regionların balanslı inkişafına xidmət edəcək. Digər tərəfdən, məhsuldarlığın artırılması ölkədə ərzaq təhlükəsizliyinin və ərzaq bolluğunun daha da gücləndirilməsinə xidmət edəcək, kənd təsərrüfatı məhsullarının əlçatanlığı təmin olunacaq.

Müxbir - Rasim İslamoğlu

Oğuzlu fermer: Dövlət Proqramının qəbul olunması və xüsusən taxılçılıqla bağlı tezislər bizdə gələcəyə inamı artırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub