DİM: İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir VİDEO
Bakı, 29 iyul, AZƏRTAC
Ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun ortalarında aparılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da DİM-in elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ixtisas seçiminin avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur.
Müxbir - Nərmin Muradzadə
Fotoqraf - Nicat Haşımov
Videooperator- Vüsal Tağıyev