Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP İdarə Heyətinin iclası olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclası keçirilib.

AZƏRTAC xəbər veririk, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qarşımızda duran başlıca vəzifələri və gələcəyə yönəlik strateji hədəfləri müəyyən edən proqram xarakterli nitqinin nəinki ölkə daxilində, beynəlxalq müstəvidə də geniş rezonans doğurduğunu vurğulayıb. O qeyd edib ki, dövlət başçısının Azərbaycanın müstəqilliyinin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin rifahının mütəmadi olaraq yaxşılaşdırılması, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da gücləndirilməsi, tarixi ədalətin bərpası ilə meydana çıxmış yeni ictimai, sosial-humanitar və geosiyasi reallıqlar fonunda bölgədə sülh quruculuğu prosesinin irəliyə aparılması, işğaldan azad edilmiş ərazilərdə soydaşlarımızın təhlükəsiz və müasir standartlara cavab verən ləyaqətli yaşayışı üçün zəruri şəraitin yaradılması və digər aktual məsələlər ilə əlaqədar dərin məzmunlu çıxışından irəli gələrək ölkəmizin şərəfli inkişaf yoluna əhatəli nəzər salmaqla qarşıda duran vəzifələrə və strateji hədəflərə dair geniş ictimai müzakirələr aparılmaqdadır: “Bu istiqamətdə partiyanın 84 yerli təşkilatı və ərazi partiya təşkilatları tərəfindən də müşavirələr keçirilmişdir. YAP İdarə Heyətinin, Veteranlar Şurasının, Təftiş Komissiyasının, Gənclər Birliyinin üzvlərinin, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların, Mərkəzi Aparatın məsul əməkdaşlarının, tanınmış ictimaiyyət nümayəndələrinin və partiya fəallarının iştirakı ilə baş tutan tədbirlərdə geniş müzakirələr aparılmaqla Azərbaycanın perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsi əsasında görüləcək işlərlə bağlı konkret tapşırıqlar verilmişdir”.

Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən birinin də ideoloji təhlükəsizlik olduğunu xatırladan YAP Sədrinin müavini vurğulayıb ki, dövlət siyasətinin mühüm prioritetlərindən və milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi ideoloji işin yeni reallıqlara və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün maarifləndirici tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, fəalların ictimai-siyasi aktivliyinin artırılması, həmçinin müasir kommunikasiya texnologiyalarından, rəqəmsal platformalardan və sosial media resurslarından səmərəli istifadə olunması olduqca vacibdir. “Bu istiqamətdə sistemli fəaliyyətin mühüm tərkib hissəsi olaraq Heydər Əliyev ideyalarının və azərbaycançılıq ideologiyasının təşviqi, Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasının təbliği, tarixi yaddaşın qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə işlərin fasiləsiz davam etdirilməsi, bu xüsusda dövlət qurumları, geniş ictimaiyyət və Yeni Azərbaycan Partiyasının yerli təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi son dərəcədə önəmlidir”, - deyən Tahir Budaqov əlavə edib ki, bu kontekstdə partiyanın bütün strukturlarının, o cümlədən Veteranlar Şurasının və Gənclər Birliyinin də üzərinə böyük məsuliyyət düşür.

İclasda partiyanın Nizamnaməsinin tələblərindən irəli gələrək YAP Veteranlar Şurasının say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Veteranlar Şurasının üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə baxılıb. YAP Veteranlar Şurasının 35 nəfərdən ibarət tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Rəhimzadə Arif Qafar oğlu Veteranlar Şurasının sədri, Qəhrəmanova Sədaqət Məmmədyar qızı və Həsənov Əli Şamil oğlu isə sədr müavinləri təyin olunublar.

Çıxış edən Əli Həsənov yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını ifadə edərək bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Veteranlar Şurasının ötən 5 il ərzində uğurlu fəaliyyət həyata keçirdiyini vurğulayaraq veteranların bilik və təcrübəsinin gənclərə ötürülməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərə sadiqliyin gücləndirilməsinə, partiya daxilində nəsillərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. O, Veteranlar Şurasının hər bir üzvünə möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Sonra gündəliyin digər məsələsi müzakirəyə çıxarılıb. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülmüş, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunmuşdur. Çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunmuşdur.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.

İclasda YAP Balakən rayon təşkilatının sədri Azad Rizvan oğlu Balayevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə də baxılaraq müvafiq qərar qəbul olunub.

Sonra YAP Gənclər Birliyinin say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Gənclər Birliyinin üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə baxılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Gənclər Birliyi tərəfindən ötən 5 il ərzində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, partiyamızın fəaliyyətinin təbliği istiqamətində dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Yaş həddinə görə YAP Gənclər Birliyinin sıralarını tərk edən partiya fəallarına səmərəli fəaliyyətlərinə görə İdarə Heyəti adından minnətdarlıq bildirilib, onların bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə əminlik ifadə olunaraq hər birinə uğurlar arzulanıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək beş il ərzində bu vəzifəni icra edərkən böyük təcrübə qazandığını, Birlik tərəfindən fəaliyyətin Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VII Qurultayda qarşıya qoyduğu vəzifələrə uyğun sistemli şəkildə həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, təşkilati potensialın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. O, gənclərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə YAP Gənclər Birliyinin üzvləri adından təşəkkürünü ifadə edərək bundan sonra da Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasi kursuna sadiq qalaraq ölkəmizin tərəqqisi naminə var gücü ilə çalışacaqlarını bildirib.

Sonra YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Gənclər Birliyinin yeni tərkibinə daxil edilmiş şəxsləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ərazi bütövlüyünü və mütləq suverenliyini təmin edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan Tahir Budaqov dünyada, eləcə də regionumuzda cərəyan edən mürəkkəb proseslər, həmçinin ölkəmizə yönəlik təxribat və təhdidlər fonunda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnaməsindən və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib