İQTİSADİYYAT
4SİM beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və İspaniyanın “ONUart” Fondunun birgə təşkilatçılığı ilə “Qlobal Debat: Süni intellektin yeni qlobal inkişafda rolu – innovasiya və inklüzivlik” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbəri Tamerlan Tağıyev “Yaranan yeni dünya; əsas transformasiyalar” sessiya iclasında çıxış edib, Azərbaycanda rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı, xüsusilə də süni zəka sahəsində görülən tədbirlər barəsində məlumat verib.