Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan ilə Özbəkistanın münasibətləri son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi-mədəni bağlara söykənən bu əməkdaşlıq artıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni inteqrasiya proseslərinin mühüm dayaqlarından biri kimi çıxış edir. Bu məsələ Daşkənddə nəşr olunan ictimai-siyasi, elmi-maarifləndirici “Vətən” jurnalında “Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya” adlı məqalədə geniş şərh olunub. AZƏRTAC məqaləni təqdim edir.

Özbək və Azərbaycan xalqları qədim zamanlardan etibarən qarşılıqlı hörmətə və səmimi qardaşlığa əsaslanan münasibətlər formalaşdırıb, qarşılıqlı əməkdaşlığa və birliyə hər zaman böyük əhəmiyyət veriblər. Şavkat Mirziyoyev və İlham Əliyevin prezidentlik dövründə bu dostluğun sürətlə inkişaf etməsi, iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə daha yüksək mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusilə əlamətdardır.

Dünya miqyasında geosiyasi qeyri-sabitliyin davam etdiyi, müharibə və münaqişələrin səngimədiyi müasir dövrdə iki dövlət arasındakı müttəfiqlik münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Daşkənd ilə Bakı arasında geosiyasi, iqtisadi, mədəni və humanitar sahələrdə möhkəmlənən əlaqələr Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşması və inteqrasiyası yolunda mühüm körpü rolunu oynayır.

Tükənməz mənbə: qardaşlığın dərin tarixi və mənəvi kökləri

Minillik tarixə malik Özbəkistan-Azərbaycan əlaqələri etnik və dil amillərinin, dini ənənə və dəyərlərin, oxşar adət-ənənələrin, eləcə də mental xüsusiyyətlərin ümumiliyinə əsaslanan möhkəm təməl üzərində formalaşıb. Bu dostluğun kökləri o qədər dərindir ki, onu qüdrətli bir ağacın müxtəlif budaqlarına bənzətmək mümkündür.

Qeyd etmək lazımdır ki, iki xalqın mədəniyyətində mühüm yer tutan ən qədim dinlərdən biri olan zərdüştiliyin yayılmasında da bu yaxınlığın izlərini müşahidə etmək mümkündür. Sözügedən məsələ ilə bağlı alimlər arasında müxtəlif elmi mövqelər mövcuddur.

Biruni, Bəlazuri, Qəzvini və Yaqut əl-Həməvi kimi tarixçilər zərdüştiliyin eramızdan əvvəl I minillikdə müasir Azərbaycan ərazisində meydana gəldiyini qeyd ediblər. Azərbaycanın adının da “Odlar ölkəsi” mənasını ifadə etdiyi göstərilir.

A.Struve, S.Tolstov və M.Boys kimi digər tədqiqatçılar isə Zərdüşt peyğəmbərin mənşəyini Xarəzmlə əlaqələndirərək, onun yerli Spitama tayfasına mənsub olduğunu irəli sürüblər. Mövcud elmi mülahizələrin müxtəlifliyindən asılı olmayaraq, hər iki regionun bu qədim dinin formalaşması və inkişafında mühüm mərkəzlər kimi əhəmiyyətli rol oynaması elmi baxımdan danılmaz faktdır.

Mədəni-mənəvi əlaqələr əsrlər boyu iki xalq arasında xüsusi qardaşlıq duyğusunu daha da formalaşdırıb və möhkəmləndirib. Xüsusilə Azərbaycan və özbək şifahi xalq yaradıcılığı nümunələrində bir çox süjet və obrazların oxşarlığı xalqlarımızın folklor irsinin vahid etnocoğrafi və etnomədəni məkanda təşəkkül tapdığını göstərir. Bu oxşarlıq “Oğuznamə”, “Alpamış”, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” (“Goroğlu”) kimi geniş yayılmış epik əsərlərin timsalında xüsusilə aydın şəkildə özünü büruzə verir.

Tarixi inkişafın sonrakı mərhələlərində Azərbaycan və özbək xalqları arasında mədəni-maarif əlaqələri yeni səhifələrlə zənginləşib.

Həqiqətən də mədəni-tarixi ümumilik çoxşaxəli Özbəkistan-Azərbaycan əməkdaşlığının möhkəm təməlini təşkil edir. Bu ümumiliyin izlərini XIX əsrin sonu–XX əsrin əvvəllərində özbək milli teatrının formalaşması prosesində də müşahidə etmək mümkündür. Xüsusilə tanınmış Azərbaycan dramaturqları Hüseyn Cavid və Üzeyir Hacıbəylinin əsərlərinin səhnələşdirilməsi özbək milli teatrının inkişafına mühüm töhfə vermişdir. Məhz həmin dövrdə Özbəkistanda ilk teatr kollektivləri formalaşmağa başlamış və peşəkar aktyorlar meydana çıxmışdır.

Üzeyir Hacıbəylinin bir sıra əsərləri Səmərqənddə yaşamış tanınmış azərbaycanlı jurnalist, yazıçı və pedaqoq Səid Rza Əlizadə tərəfindən özbək dilinə tərcümə edilib. Onun təşəbbüsü ilə Bakıdan dəvət olunmuş aktyor və rejissor M.Axundovun iştirakı ilə 1918-ci ildə Səmərqənddə yerli teatr truppası yaradılıb. Ü.Hacıbəylinin əsərləri əsasında musiqili dramlar səhnələşdirilib.

1920-ci illərin əvvəllərində Azərbaycan dramaturgiyasının təsiri Özbəkistanda yazılmış ilk milli musiqili pyeslərdə, xüsusilə görkəmli mədəniyyət xadimi Həmzə Həkimzadə Niyazinin (1889–1929) yaradıcılığında daha aydın şəkildə özünü göstərib.

Taleyi Özbəkistanla bağlanmış Azərbaycan xalqının görkəmli övladlarından biri də Maqsud Şeyxzadə olub. O, 1933–1938-ci illərdə Daşkənd Dil və Ədəbiyyat İnstitutunda aspirantlıqdan elmi işçi vəzifəsinədək yüksəlib.

Daha sonrakı dövrə nəzər saldıqda, hələ Sovet İttifaqının mövcudluğu illərində öz respublikalarına rəhbərlik etmiş Şərəf Rəşidov (1917–1983) və Heydər Əliyev (1923–2003) arasındakı sıx dostluq münasibətlərinin geniş ictimaiyyətə məlum olduğunu görürük. Son dövrlərdə üzə çıxan məlumatlara görə, həmin vaxt SSRİ rəhbərliyində yüksək vəzifə tutan Azərbaycan lideri Heydər Əliyev özü üçün yarana biləcək ciddi nəticələri nəzərə almadan, sonralar “pambıq işi” adlandırılan və Özbəkistana ictimai-siyasi təzyiq göstərmək məqsədi daşıyan repressiyaların Moskva tərəfindən hazırlandığı barədə özbək dostunu əvvəlcədən xəbərdar etmək qərarına gəlib. Bu məqsədlə Heydər Əliyev Hindistan hökuməti ilə danışıqlar aparmaq üçün xüsusi təyyarə ilə Moskvadan Dehliyə səfər edərkən Daşkənd hava limanında qəsdən “texniki dayanacaq” təşkil etmiş və Şərəf Rəşidovu Moskvanın özbək xalqına qarşı hazırladığı dəhşətli repressiya planı - sonradan “özbək işi” adlandırılan kampaniya barədə məlumatlandırıb.

Qeyd etmək lazımdır ki, Özbəkistan ictimaiyyəti Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət və ehtiramla yanaşıb. 2022-ci ilin iyununda Daşkənd şəhərində küçələrdən və parklardan birinə Heydər Əliyevin adının verilməsi, eləcə də onun şərəfinə xatirə barelyefinin açılması bunun bariz təsdiqidir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin həmin mərasimdə birgə iştirakı Özbəkistan və Azərbaycanın müasir liderləri arasındakı münasibətlərin də qarşılıqlı etimada əsaslandığını xüsusilə nümayiş etdirib.

Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri tarixində əlamətdar hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müşayiəti ilə Xivə şəhərinə səfəri olub. Ənənəvi özbək və Azərbaycan mahnı və rəqslərinin yer aldığı konsert proqramını izləyən Prezident İlham Əliyev iki xalq arasındakı mənəvi yaxınlığı vurğulayaraq deyib: “Bu gün özbək müğənnilərinin Azərbaycan dilində ifa etdikləri mahnılar sanki azərbaycanlı müğənnilər tərəfindən səsləndirilirdi - nə ləhcə, nə də aksent hiss olunurdu. Bundan əlavə, Xarəzm mahnılarında nədən bəhs edildiyini tərcüməsiz başa düşdüm. Bu, xalqlarımızın bir-birinə nə qədər yaxın olduğunu bir daha sübut edir. Bizim ortaq mədəniyyətimiz və incəsənətimiz, eyni köklərimiz vardır”.

Özbəkistan-Azərbaycan birliyindən bəhs edərkən daha bir mühüm faktı xüsusi qeyd etmək yerinə düşər. 1990-cı illərin əvvəllərində, Birinci Ermənistan-Azərbaycan müharibəsi dövründə Özbəkistan Bakının mövqeyini rəsmi şəkildə dəstəkləyən azsaylı dövlətlərdən biri olub. Həmin ağır günlərdə özbək xalqı Azərbaycana hərtərəfli dəstək göstərib.

Azərbaycanın işğal altında olmuş əraziləri azad edildikdən sonra Özbəkistan həmin ərazilərin iqtisadiyyatının bərpasına fəal dəstək göstərən ilk dövlət olub. Bununla yanaşı, özbək tərəfi işğaldan azad edilmiş ərazilərdə dağıdılmış qədim memarlıq abidələrinin, mədəniyyət və maarif obyektlərinin bərpasına töhfə verməyə hazır olduğunu da bəyan edib. Bununla əlaqədar olaraq, iki ölkə regionun sosial-iqtisadi inkişafına yönəlmiş bir sıra birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlib. Xüsusilə 2024-cü ilin noyabrında Xankəndi şəhərində Özbəkistan-Azərbaycan əməkdaşlığı çərçivəsində yaradılmış tikiş fabrikinin istifadəyə verilməsi yerli əhali üçün layiqli iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda müəssisə yerli xammaldan, eləcə də Özbəkistandan tədarük edilən materiallardan istifadə etməklə ildə 3-5 milyondan artıq trikotaj məmulatı istehsal edir. Məhsulların 80 faizi xarici ölkələrə ixrac olunur.

Bununla yanaşı, Füzuli şəhərində azərbaycanlı uşaqlar üçün min şagird yerlik müasir məktəb tikilərək istifadəyə verilib. Açılış mərasimində çıxış edən Prezident Şavkat Mirziyoyev bu məktəbin “iki xalqın əzəmətinin rəmzinə və onların gələcək dostluğunun təminatına” çevriləcəyini vurğulayıb.

Azərbaycan Prezidenti bu qarşılıqlı fəaliyyəti mühüm dəyər kimi yüksək qiymətləndirərək öz həmkarına və onun simasında bütün Özbəkistan xalqına səmimi minnətdarlığını bildirərək deyib: “Özbəkistan Qarabağ regionunun bərpasına dərhal, öz təşəbbüsü ilə əməli yardım göstərən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada bunu edən ilk lider olmuşdur”.

Son illərdə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq şəhərlərarası qardaşlaşma əlaqələri şəbəkəsinin genişlənməsi ilə də zənginləşir. Bu qarşılıqlı fəaliyyət yüksək səviyyəli siyasi dialoqu tamamlayaraq yerli idarəetmə orqanlarının və işgüzar dairələrin nümayəndələri arasında birbaşa əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Belə ki, 2018-ci ildə İsmayıllı və Riştan şəhərləri qardaşlaşmış, 2023-cü ildə isə Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılmışdır. 2024-cü ildə Daşkənd və Bakı, Şəhrisəbz və Beyləqan, Cizzax və Quba arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 2025-ci ildə isə Nəvai və Qəbələ şəhərləri, eləcə də Daşkənd vilayəti ilə Sumqayıt şəhəri arasında müvafiq sazişlər bağlanıb

Bundan əlavə, Bakıda “Özbəkistan” milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, Daşkənddə isə “Azərbaycan” parkının salınması planlaşdırılıb. Şübhəsiz ki, bu layihələr iki xalq arasındakı böyük dostluğun əməli rəmzinə çevriləcək.

İkitərəfli əməkdaşlıq idman sahəsini də əhatə edir. Xüsusilə FIFA Şurasının 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət komandalar arasında FIFA Dünya Çempionatına Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi etməsi barədə qərarı ölkələrimizin bu istiqamətdə uğurlu əməkdaşlığının parlaq nəticəsi hesab olunur.

Ümumilikdə hazırda Özbəkistan və Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq nəzərəçarpacaq yüksəliş mərhələsini yaşayır.

Ticarət və iqtisadiyyat - əməkdaşlığın möhkəm təməli

Son illərdə Özbəkistan və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının miqyası ardıcıl şəkildə genişlənir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 795,2 milyon ABŞ dollarına çatıb, 2016-cı illə müqayisədə 37,5 dəfə, 2024-cü illə müqayisədə isə 3,1 dəfə artıb.

Bu prosesdə biznes sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2020-ci ildən Birgə İşgüzar Şura fəaliyyət göstərir. Bununla yanaşı, 2023-cü ildə yaradılmış Özbəkistan-Azərbaycan Regionlararası Forumu və Özbəkistan-Azərbaycan İnvestisiya Şirkəti ticarət-iqtisadi əlaqələrin miqyasının genişləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan Özbəkistan-Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə ayrıca nəzər salmaq məqsədəuyğundur. Ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edən bu şirkət birgə iqtisadi layihələrin dəstəklənməsində mühüm alətə çevrilir. Təkcə 2024-cü ildə Azərbaycandan Özbəkistana yatırılan investisiyaların həcmi 80 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2017-ci ildə cəmi 142 min ABŞ dolları təşkil edən səviyyə ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 278 müəssisə qeydiyyata alınıb ki, bu da 2019-cu illə müqayisədə 100 müəssisə çoxdur. Öz növbəsində özbək kapitalı da Azərbaycan iqtisadiyyatına fəal şəkildə daxil olmağa başlayıb. Xüsusilə 2021-ci ildə Hacıqabulda yerləşən “Azərmaş” zavodunun bazasında Özbəkistanın “UzAuto Motors” şirkətinə məxsus avtomobil yığımı xətti istifadəyə verilib. Müəssisədə illik istehsal gücü 5 min avtomobil olmaqla “Nexia”, “Cobalt”, “Damas”, “Labo”, “Lacetti”, “Malibu” və “Tracker” modellərinin yığılması təşkil edilib. Tikintisinə 2025-ci il mayın 1-də başlanmış yeni sex zavodun illik istehsal gücünü 30 min avtomobilədək artırmağa imkan verəcək.

Sənaye, logistika və kənd təsərrüfatı sahələrində həyata keçirilən digər birgə layihələr də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi və azad ticarət rejiminin tətbiqi isə əməkdaşlığın inkişafını stimullaşdıran amillərə çevrilib. Bununla belə, dövlət başçılarının da qeyd etdikləri kimi, əməkdaşlığın mövcud həcmi iki ölkənin iqtisadi potensialına hələ tam uyğun gəlmir. Bununla əlaqədar olaraq, 2025-ci ildə tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması, eləcə də üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, daha bir perspektivli əməkdaşlıq istiqaməti formalaşmaqdadır. Özbəkistan tərəfi Xəzər dənizi vasitəsilə yükdaşımaların həyata keçirilməsi üçün Azərbaycandan yük bərələrinin alınmasında maraqlı olduğunu bildirib. İki ölkə arasında tərəfdaşlıq neft-qaz sahəsində də fəal şəkildə inkişaf edir. Xüsusilə iri karbohidrogen yataqlarının aşkar ediləcəyi gözlənilən Ustyurt platosunda birgə geoloji-kəşfiyyat işlərinə başlanılıb. Layihəyə yatırılacaq investisiyaların həcmi 2 milyard ABŞ dolları təşkil edir və onun həyata keçirilməsinə Azərbaycanın SOCAR şirkəti cəlb olunub. Təqdirəlayiq haldır ki, artıq 2025-ci ildə Ustyurt ərazisində 6,5 min metr dərinlikdə əhəmiyyətli qaz ehtiyatları aşkar edilib.

İlkin hesablamalara əsasən, sözügedən regionda 100 milyon tonadək neft və 35 milyard kubmetrədək qaz ehtiyatının mövcud olduğu bildirilir. Bu ehtiyatların ümumi dəyəri 65–70 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Həmin məbləğin 50-60 milyard ABŞ dollarının neft, 7–9 milyard ABŞ dollarının isə qaz ixracından əldə olunacağı gözlənilir. Bununla yanaşı, “Özbəkneftqaz”, SOCAR və “BP Exploration (Caspian Sea)” şirkətləri Özbəkistan ərazisində, Aral dənizi regionunda yerləşən Samsko-Kosbulak və Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasına dair saziş imzalayıblar. Eyni zamanda, neft və qaz hasilatı üçün zəruri olan avadanlıqların Özbəkistanda istehsalının təşkili barədə də razılıqlar əldə edilib. Tərəflər, həmçinin Azərbaycanın Xəzər dənizindəki şelf sahəsində birgə neft hasilatı imkanlarını nəzərdən keçirir və bu istiqamətdə müvafiq “yol xəritəsi” hazırlayırlar.

Daşkənd-Bakı: ahəngdar inkişafın əsası kimi geostrateji körpü

Prezident Şavkat Mirziyoyevin ölkə rəhbərliyinə gəlməsindən sonra Özbəkistan və Azərbaycan arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun Prezident İlham Əliyevlə münasibətləri səmimi qardaşlığa və qarşılıqlı etimada əsaslanır. Məhz iki lider arasındakı dostluq və qarşılıqlı dəstək dövlətlərarası dialoqun keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlməsinə şərait yaradıb. Bu, Daşkənd və Bakıya formal diplomatik münasibətlər çərçivəsindən kənara çıxaraq konkret və praktik nəticələrə istiqamətlənmiş qarşılıqlı fəaliyyət qurmaq imkanı verib. Nəticədə, Özbəkistan və Azərbaycanın uzunmüddətli maraqlarına eyni dərəcədə cavab verən birgə strateji qərarlar qəbul edilib, ikitərəfli əlaqələrin davamlı və sistemli inkişafını təmin edən aydın mexanizmlər formalaşdırılıb.

Xüsusilə 2023-cü ildə Ali Dövlətlərarası Şura formatı yaradılın. Bu struktur iki ölkə arasında siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, energetika və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin, eləcə də beynəlxalq arenada birgə addımların əlaqələndirilməsinə cavabdehdir.

Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm yer tutur. 2025-ci ildə Bakıda bu komissiyanın 14-cü iclası keçirilib. İkitərəfli əlaqələrin inkişafında ən yüksək mərhələ 2024-cü ildə Özbəkistan ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin təsis edilməsi olub. Bu addım dövlətlərarası əməkdaşlığın ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirib.

Məlum olduğu kimi, beynəlxalq təcrübədə müttəfiqlik münasibətləri tam qarşılıqlı etimada əsaslanır və iqtisadiyyat, ticarət, tranzit və nəqliyyat sistemindən müdafiə və təhlükəsizlik sahələrinədək geniş istiqamətlər spektrini əhatə edir. Başqa sözlə, bu münasibətlər hər iki tərəfin strateji məqsədlərə nail olmaq yolunda, o cümlədən xarici çağırış və təhdidlər şəraitində bir-birinə yaxından dəstək göstərməyə və birgə fəaliyyətlərini əlaqələndirməyə hazır olduğunu təsdiqləyir.

Prezident Şavkat Mirziyoyevin qeyd etdiyi kimi: “Bir neçə il ərzində Özbəkistan-Azərbaycan münasibətlərini birgə səylərimizlə dövlətlərarası qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsinə yüksəltməyə nail olduq”. Öz növbəsində, Prezident İlham Əliyev də vurğulayıb: “Əminəm ki, müttəfiqlik səviyyəsi münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcəkdir”.

Bundan əlavə, 2025-ci ildə Xivə şəhərində keçirilmiş Birinci Parlamentlərarası Forum da mühüm əhəmiyyət daşıyıb. Özbəkistan və Azərbaycan arasında əlaqələrin fəallaşdırılması istiqamətində mühüm təşəbbüslərdən biri də hər yeni ilin əməkdaşlığın konkret bir istiqamətinə həsr edilməsi ənənəsinin formalaşdırılması olub. Belə ki, 2024-cü il “İki dövlət arasında hərtərəfli və çoxşaxəli əməkdaşlığın fəal inkişafı ili” elan edilib, bu çərçivədə qarşılıqlı tərəfdaşlığın on yeni prioritet istiqaməti müəyyənləşdirilib. 2025-ci il isə “Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq ili” elan olunmuşdur. Bu çərçivədə ticarət, investisiyalar, sənaye, logistika və innovasiyalar kimi sahələri əhatə edən 20 prioritet istiqamət üzrə birgə fəaliyyət əlaqələndirilib.

Beynəlxalq analitiklərin qeyd etdiyi kimi, Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri iki ölkənin uzunmüddətli strateji məqsədlərinin birgə həyata keçirilməsi üçün möhkəm zəmin yaradır və tədricən Daşkənd-Bakı geostrateji oxunun formalaşmasına səbəb olur. Sürətlə dəyişən beynəlxalq şəraitdə bu amil xüsusi əhəmiyyət kəsb edir.

Yeni makroregional məkanın formalaşması - unikal imkanlar açan perspektiv

Son illərdə Özbəkistan və Azərbaycan liderləri Bakı ilə Daşkənd arasındakı strateji tərəfdaşlığa əsaslanaraq Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını əhatə edən vahid əməkdaşlıq məkanının formalaşdırılması ideyasını irəli sürüblər. Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkmənistan rəhbərlərinin qəti siyasi iradəsi ilə dəstəklənən bu təşəbbüslər nəticə etibarilə tarixi qərarın qəbul edilməsinə gətirib çıxarıb.

Belə ki, 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü çərçivəsində rəsmi Bakı Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatının tamhüquqlu iştirakçısına çevrilib. Bununla da sözügedən platforma “Mərkəzi Asiya və Azərbaycan” formatına transformasiya olunub.

Prezident Şavkat Mirziyoyevin bəyan etdiyi kimi, “qardaş Azərbaycanın qoşulması Məşvərət görüşlərinə güclü təkan verəcəkdir”. Dövlət başçısı qəbul olunmuş qərarı strateji addım kimi qiymətləndirərək bildirib: “Əslində, biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü yaradacaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, şübhəsiz ki, hər iki regionun strateji qarşılıqlı bağlılığını və dayanıqlılığını gücləndirəcəkdir”.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev də təsdiq edib ki, “fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq uzun müddətdir ki, dünyada əhəmiyyəti davamlı şəkildə artan vahid geosiyasi və geoiqtisadi region təşkil edir”.

Ekspertlərin fikrincə, “Mərkəzi Asiya və Azərbaycan” formatının meydana çıxması regionun geosiyasi simasını əsaslı şəkildə dəyişdirir, inkişaf üçün tamamilə yeni perspektivlər açır və iri regionlararası layihələrin həyata keçirilməsi üçün mühüm platforma rolunu oynayır.

Birincisi, yeni format Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid makroregional geoiqtisadi məkan çərçivəsində birləşdirilməsi üçün imkan yaradır. Xüsusilə bu regionların dövlətləri öz tranzit marşrutlarını və ticarət bazarlarını səmərəli şəkildə inteqrasiya edə bilsələr, onların qarşısında iqtisadi inkişafın tamamilə yeni istiqamətləri və daha geniş miqyası açılacaq.

Perspektivdə iki region arasında özünəməxsus dayanıqlı inkişaf qurşağının formalaşması mümkündür. Bu isə transsərhəd təhdidlərdən ərzaq və enerji təhlükəsizliyi ilə bağlı qlobal risklərədək genişspektrli çağırışlara birgə cavab verməyə şərait yaradacaq.

İkincisi, “Mərkəzi Asiya və Azərbaycan” formatı Şərqlə Qərbi birləşdirən körpü rolunu oynaya bilər. Bu da nəqliyyat dəhlizlərinin və ticarət marşrutlarının formalaşdırılmasında sözügedən formatın rolunu və təsir imkanlarını dəfələrlə artırmağa imkan verəcək.

Hazırda Mərkəzi Asiya və Cənubi Qafqaz əraziləri vasitəsilə daşınan yüklərin illik həcmi 5 milyon tona çatıb. Dünya Bankının hesablamalarına əsasən, 2030-cu ilədək bu göstərici 11 milyon tona yüksələ bilər. Artımın əsas hissəsinin dinamik inkişaf edən Mərkəzi Asiya ölkələrinin payına düşəcəyi gözlənilir. Bununla yanaşı, “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinin açılması perspektivi də bu regionlardan keçən nəqliyyat şəbəkələrinin potensialının daha da genişlənməsinə töhfə verə bilər. Üçüncüsü, xarici çağırış və təhdidlərin təsirinin artdığı şəraitdə bəzi nüfuzlu dövlətləri belə öz mövqeyi ilə hesablaşmağa vadar edən Azərbaycan kimi güclü tərəfdaşın regional formata qoşulması, şübhəsiz ki, Mərkəzi Asiyaya əlavə güc və imkanlar qazandıra biləcək mühüm geosiyasi nailiyyətdir.

Hazırda başlıca məqsəd Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə xalqlarımıza real fayda gətirməsinə nail olmaq, onların beynəlxalq nüfuzunun və mövqeyinin daha da yüksəlməsini təmin etmək, eləcə də vahid qüvvə kimi dünyada layiqli yer tutmaqdır.

Nəticə etibarilə qeyd etmək olar ki, bu gün “Mərkəzi Asiya və Azərbaycan” formatının formalaşması geosiyasi reallığa çevrilib. Qarşıda duran əsas vəzifə yeni qərarların qəbul edilməsi və praktik addımların atılması yolu ilə əməkdaşlığın səmərəliliyini artırmaqdır. Bu baxımdan Bakının daha bir mühüm regional əməkdaşlıq mexanizminə - “C5+1” formatına tamhüquqlu iştirakçı qismində mümkün qədər tez qoşulması tərəflərin makroregional və qlobal səviyyələrdə ortaq maraqlarının irəlilədilməsi baxımından mühüm strateji addım ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin toyu təxirə salınıb

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil