Azərbaycan Dövlət İnformasiya Agentliyi

60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” (I hissə)

60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” (I hissə)

(I hissə)

Bakı, 27 iyul, AZƏRTAC

Xülasə: Məqalədə Avropa İttifaqının ötən 60 il müddətində keçdiyi yola təşkilatın geosiyasi transformasiyaları kontekstində nəzər salınır. Göstərilir ki, bu müddətdə Aİ əvvəllər nəzərdə tutulan inteqrasiya modelini tam yerinə yetirə bilməyib. Müəyyən mənada o, böhran vəziyyətinə düşüb. Meydana xeyli sayda çətinliklər çıxıb. Onların əksəriyyəti daxili siyasi mühitə aiddir. İndi bir sıra ekspertlər, ümumiyyətlə, vahid Avropa ideyasının taleyindən narahatlıqlarını ifadə edirlər. Həmin aspektdə böyük güclərin geosiyasi rəqabətinə ayrıca yer verirlər. Sirr deyil ki, Qərbin böyük dövlətləri dünya ağalığı uğrunda amansız mübarizə aparmaqdadırlar. Bunun fonunda Aİ-də real inteqrasiya prosesi ciddi maneələrlə üzləşir. Yeni Roma bəyannaməsi bu problemlər fonunda ciddi aktuallıq kəsb edir. Çünki Avropa İttifaqının üzləşdiyi problemlərdən çıxış yollarını ilk növbədə Brüssel tapmalıdır. Ekspertlər hesab edirlər ki, yeni bəyannamə bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yeniləşmə, yaxud inkişaf istiqamətləri də buna xidmət edir. Məqalədə həmin istiqamətlərin təhlili verilir. Onun əsasında konkret nəticələr çıxarılır.

Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Birinci bəyannamədən sonra: Avropanın “xəstəhallığı”

60 il əvvəl Romada Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyinin əsası qoyularkən, onun gələcək taleyi haqqında konkret təsəvvürlər yox idi. 2017-ci il mart ayının 25-də də "gicgahları ağarmış" (Fyodor Lukyanov) Avropa İttifaqı yubileyini yaşadığı böhranların kədərini büruzə verərək qeyd etdi. Yer dəyişməyib - Roma şəhəri! Lakin real vəziyyət çox dəyişib. Hətta əksər kütləvi informasiya vasitələri Avropa İttifaqının "xəstəhal" durumda bayram etdiyini, təşkilatın yolayrıcında olduğunu, qarşıda isə müəmmaların dayandığını vurğuladılar. Bütün bunlara baxmayaraq, Aİ hələ də qlobal geosiyasətdə böyük yeri və nüfuzu olan güc kimi qəbul edilir. Onun 60 illik yolda topladığı təcrübə hər bir inteqrativ təşkilat üçün əhəmiyyətli ola bilər.

Avropa humanistlərinin (Dante, Kant və s.) böyük arzusu olan vahid Avropa ideyası iki qlobal savaşdan - I və II Dünya müharibələrindən sonra reallaşmağa başladı. Lakin siyasi inteqrasiya cəhdləri uğurlu olmadı. 1951-ci il aprelin 18-də Fransa, Almaniya, İtaliya, Belçika, Lüksemburq və Hollandiya Avropa Kömür və Polad Birliyi adı altında Avropa əməkdaşlıq təşkilatını yaratmaq barədə müqavilə imzaladılar. Bununla da qitədə iqtisadi inteqrasiyanın konkret formatına start verildi (bax: Юрий Борко. Шестидесятилетняя Европа на перепутье. Уроки и перспективы интеграции в Старом Свете / “Независимая газета”, 27 mart 2017).

Sonrakı mərhələdə Avropa İqtisadi Birliyi (AİB) yarandı ki, bu da qitədə inteqrasiya proseslərinin ana xəttini, vahid Avropanın formalaşdırılması kursunu müəyyənləşdirməyə imkan yaratdı. Bundan sonrakı dövrdə isə Avropa İqtisadi Birliyi 3 iqtisadi inteqrasiya mərhələsini yaşadı. Bu transformasiyanın simvolik ifadəsi AİB-in Aİ-yə çevrilməsi oldu. Bu dəyişiklik 1992-ci ildə baş verdi.

Avropa İqtisadi Birliyinin ümumiyyətlə Avropa İttifaqı ilə əvəz olunması bütövlükdə təşkilatda özünü göstərən struktur və funksional dəyişikliklərlə əlaqəli idi. Hər şeydən öncə, burada iqtisadi inteqrasiyanın genişlənməsi qeyd edilə bilər. Birinci mərhələdə gömrük ittifaqı və ümumi ticarət bazarı yaradılmışdı. İkinci mərhələdə vahid daxili bazara keçid baş verdi. Üçüncü mərhələ isə iqtisadi və maliyyə ittifaqının yaradılması ilə xarakterizə olundu.

Bu təkamül xətti göstərir ki, Avropada inteqrasiya iqtisadi sahədə konkret sferalardan başlayaraq, 50 ildən çox müddətdə tədricən bütün iqtisadi sistemi və maliyyəni əhatə edib. Lakin təcrübə bu prosesin hamar olmadığını, ciddi ziddiyyətlər və münaqişəli situasiyalarla müşayiət olunduğunu da göstərdi. 60 illik yubileyin problemli olduğunu göstərən əsas amil bundan ibarətdir. Analitiklər vurğulayırlar ki, “...heç bir ildönümü bu dərəcədə yüksək qeyri-müəyyənlik və çaşqınlıq ab-havasında qeyd edilməyib” (bax: Федор Лукьянов. Праздник с сединою на висках / "Россия в глобальной политике", 23 mart 2017).

Aİ daxilində inteqrasiya prosesinin gedişatında iqtisadi ilə yanaşı, siyasi, struktur-funksional, ideoloji, geosiyasi, təhlükəsizlik kimi sahələrdə baş verən dəyişikliklər özünü göstərib. İqtisadi sahədə 3 inteqrasiya mərhələsinin kataklizmlərində həmin faktorların rolu ciddi olub. Burada mütəxəssislər təşkilatın genişlənməsi fəlsəfəsini də vurğulayırlar. 1990-cı illərin ortalarına yaxın üzv dövlətlərin sayı 15 oldu, 2004-2007-ci illərdə isə daha 10 ölkə Aİ-yə qəbul edildi. Həmin prosesin davam etməsi gözlənilir. Hazırda Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə üzv dövlətlərin sayı 27-dir! Etiraf edək ki, kifayət qədər geniş tərkibdir. Və şübhəsiz ki, bu cür genişlik özü ilə təşkilata pozitiv hallarla yanaşı, həllini tələb edən neqativ halları da gətirib. Məhz bu prizmadan iqtisadi inteqrasiya ilə başqa sahələrdəki əlaqələrin inkişaf tempini müqayisə etdikdə, meydana bir sıra problemlər çıxır. Onların ucbatından Aİ indiki mərhələdə dərin böhran keçirir. Vahid Avropa quruculuğu müstəvisində bu məqam son dərəcə düşündürücü təsir bağışlayır.

İdeyanın iflası: birləşmənin çətinlikləri

Vahid Avropa strategiyası sözün həqiqi mənasında inqilabi mahiyyətlidir. Mütəxəssislər belə düşünürlər ki, bu kontekstdə milli təcridçilik və qanlı savaşlar meydanı olan Avropa sülh və əməkdaşlıq məkanına çevrildi. Qərbi Avropa ölkələrinin əksəriyyətində radikal islahatlar həyata keçirildi. İdarə edilən bazar iqtisadiyyatı formalaşdı. Sosial əməkdaşlığın yeni forması yarandı. Qanunun aliliyi və şəxsiyyətin hüquqlarının təmini gücləndi. Bunlar inteqrasiya prosesinin tərkib hissəsi olmasa da, qarşılıqlı etimadı artırdı, inteqrasiyaya stimul verdi, daxili stabilliyi möhkəmləndirdi (bax: əvvəlki mənbəyə).

Lakin təşkilatın sayca genişlənməsi meydana konkret struktur-funksional dəyişikliklər də çıxardı. Bunun kulminasiya nöqtəsi Avropa Konstitusiyası haqqında müqavilə oldu. Bu sənəddə söhbət faktiki olaraq federasiyanın yaradılmasından gedirdi. Yəni Aİ vahid dövlətə çevrilməli idi. Bu isə tamamilə fərqli bir situasiyanın yaranması demək idi. Maraqlıdır ki, gözlənilməyən yerdən - Fransa və Hollandiyadan həmin ideyanın qarşısı alındı. 2005-ci ildə bu dövlətlər Konstitusiyanı rədd etdilər. Bu, "şok yaratdı, lakin təsadüf (ötəri hadisə, real kökü olmayan olay - müəllif) kimi qəbul edildi" (bax: Юрий Борко. Шестидесятилетняя Европа на перепутье. Уроки и перспективы интеграции в Старом Свете / "Независимая газета", 27 mart 2017).

Təcrübə isə başqa reallığı ortaya qoydu. Sonrakı hadisələr göstərdi ki, Konstitusiya ilə bağlı müqavilənin iflası bütövlükdə Aİ-də yeni inteqrasiya mərhələsinə təkan verə bilər. Bu mərhələ isə daha çox neqativ məqamlarla xarakterizə olunur. Onun necə və nə zaman sonuclanacağı məlum deyil. Hazırda təşkilat böhrandan böhrana keçir. Belə ki, 2005-2009-cu illərdə institusional, 2008-2009-cu illərdə maliyyə və iqtisadi, 2012-2013-cü illərdə iqtisadi təlatümlər və nəhayət, son illərdə miqrasiya və Rusiya ilə münasibətlərdə yaranan böhranlar Aİ-ni möhkəm silkələməkdədir (bax: əvvəlki mənbəyə).

Bu böhranlar təbiətcə fərqli olsalar da, ortaq xüsusiyyətləri də vardır. Onların hamısı Aİ-dəki köklü dəyişikliklərlə, dünya siyasəti və iqtisadiyyatında müşahidə edilən yeniləşmələrlə, təşkilatın quruluşundakı nöqsanlarla, avrozonadakı problemlərlə, elitanın özündən razılığının artması ilə əlaqəlidir. Bu bağlılıqda dünya siyasətində müşahidə edilən dəyişmələri, qlobal miqyasda meydana gələn ziddiyyətləri, Brüssellin yeritdiyi ikili standartlar siyasətini və radikal millətçiliyin vüsət almasını ayrıca vurğulamaq gərəkdir.

Həmin amillər hazırda Aİ üçün ciddi əngəllər yaratmaqda davam edir. Mütəxəssislərin təşkilatın gələcəyi ilə əlaqəli ehtiyatlı proqnozlar verməsində də bunlar az rol oynamırlar. "The New York Times" qəzetində dərc olunmuş analitik bir məqalədə bu aspektdə diqqəti çəkən fikirlər yer alıb (bax: Steven J. Erlanger. E.U. Is Turning 60 and Searching for Something to Celebrate / "Nytimes.com", 24 mart 2017).

Məqalədə vurğulanır ki, Avropa İttifaqı, ümumiyyətlə, müəyyən məqamda yolundan sapdı (bax: əvvəlki mənbəyə). Təşkilat təkamül xəttini düzgün müəyyənləşdirə bilmədi. Fransız diplomatı Pyer Vimonta görə, bunun səbəblərindən biri təşkilatın tərkibinə daha çox sayda üzv qəbul etməsi oldu ki, bu da onun təməl prinsiplərini sarsıtdı. Konkret olaraq, Avropa İttifaqı üçün ciddi əhəmiyyəti olan həmrəylik prinsipi itirildi. Bu, Mərkəzi və Şərqi Avropa ölkələrini Aİ-yə qəbul etdikdən sonra baş verdi. Diplomatın fikrincə, "…əgər bu sadə ideya yoxdursa, onda bizim (yəni avropalıların - müəllif) böyük problemlərimiz vardır. Əgər bizim ideyamız yoxdursa, onda nəyə görə irəli hərəkət etmək lazımdır?" (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Avropa İttifaqının əsas bəlası həmrəylik ideyasının itirilməsindən ibarətdir. Çünki solidarlıq inteqrasiyanın bütün formalarının əsas reallaşma mexanizmidir. Bu mexanizm olmadıqda, həmin istiqamətdə heç bir real addım atmaq mümkün deyil. Bunlardan əlavə, məqalədə vurğulanır ki, vahid bazar, vahid valyuta və təhlükəsizliyin təmin edilməməsi ciddi neqativ amillərdəndir. Qloballaşma isə yerli sənayeni batırıb. Avropa dövlətlərinin son zamanlar suverenlikdən daha çox danışmasının arxasında bu səbəb dayanır (bax: əvvəlki mənbəyə).

Əsas maneə: böyük güclərin rəqabəti, yoxsa daxili problemlər?

Bütün bunlardan İtaliyanın NATO-dakı keçmiş nümayəndəsi Stefano Stefanini maraqlı nəticə çıxarır. O deyir ki, Avropa layihəsini inamsızlıq bürüyüb. Aİ Trampdan nə gözləməli olduğunu bilmir. Amerika prezidenti təşkilata saymazyana yanaşır. Bununla Qərb öz-özü ilə savaşır və "onun rəqibləri olan Çin, Rusiya və Türkiyə öz mövqelərini gücləndirirlər" (bax: əvvəlki mənbəyə).

Son Roma bəyannaməsi vurğulanan məqamlar fonunda bir sıra maraqlı özəlliklərlə səciyyələnir. Sənəddə Avropa İttifaqının yaradılmasının böyük hadisə olduğu xüsusi vurğulanır. Bu layihənin "cəsarətli və uzun müddətə hesablanmış olması" tezisi də nəzərə çatdırılır (bax: Римская декларация. 27 mart 2017. https://eeas.europa.eu/headquarters/headquarters-homepage/23531/rimskaya-deklaraciya_ru).

Yeni Roma bəyannaməsində Aİ sülh, demokratiya, insan haqları və hüququn üstünlüyünün hökm sürdüyü, nəhəng iqtisadi güc, yüksək sosial müdafiə və rifaha malik məkan kimi təqdim edilir. Sənəddə ayrıca qeyd olunur ki, bu gün Avropa birdir və möhkəmdir, ittifaqdakı həyat Avropadakı yüz milyonlarla insanın maraqlarına cavab verir (bax: əvvəlki mənbəyə).

Lakin belə qısa girişdən sonra bəyannamədə Aİ-nin qarşılaşdığı problemlər sadalanır. Onlar "misli görünməmiş qlobal və daxili çağırışlar" kimi xarakterizə edilir. Bunlara regional münaqişələr, terrorizm, artan miqrasiya təzyiqi, proteksionizm, sosial və iqtisadi qeyri-bərabərlik aiddir (bax: əvvəlki mənbəyə).

Sadalanan problemlər özlüyündə bir sual yaradır: bu dərəcədə geniş çətinliklərin olduğu bir siyasi birlik "çiçəklənən məkan" ola bilərmi?

Avropalı mütəxəssislərin özləri vurğulayırlar ki, hazırda Aİ-də inteqrasiya prosesinə ən çox mənfi təsir edən məqamlardan biri üzv dövlətlərin fərqli inkişaf tempinə və xarakterinə malik olmasından ibarətdir. Bir qrup məhdud sayda ölkə daha çox inkişaf edib. Məsələn, Almaniya və Fransa yüksək inkişaf etmiş ölkələrdəndir. Digərləri, məsələn, Belçika, İspaniya, İtaliya, orta templərlə inkişaf edirlər. Nəhayət, üçüncü qrup zəif və ləng templərlə inkişaf edən Şərqi Avropa ölkələrindən ibarətdir. Buraya Yunanıstanı da əlavə etmək olar.

Mütəxəssislər həmin kontekstdə Böyük Britaniyanın İttifaqı tərk etməsini ayrıca vurğulayırlar. Bu hadisə kifayət qədər geniş təhlil edilir. Çünki Böyük Britaniya təşkilatın ən güclü üzvlərindən biri idi. Onun gedişi ciddi itki sayılır. Bununla yanaşı, Aİ rəsmiləri hesab edirlər ki, Londonun təşkilatı tərk etməsinin arxasında ABŞ dayanır. Donald Tramp Avropa İttifaqının həddən çox güclənməsinə və dünya ağalığına iddia etməsinə qarşıdır. Belə çıxır ki, 60 illik yubiley ərəfəsində Aİ məhz inteqrasiya və birləşmək aspektində təsirli zərbəyə məruz qalıb (bax: Жизнь после Brexit: лидеры 27 стран определили будущее Евросоюза / РИА Новости, 25 mart 2017).

Romada toplaşan 27 dövlət başçıları Aİ-də Böyük Britaniyanın ardınca başqalarının da təşkilatdan çıxmaq arzusundan ehtiyatlandıqlarını müxtəlif aspektlərdə ifadə ediblər. Sənəddə bu məqam yer almasa da, imzalama mərasimindən öncə bir sıra liderlər təşkilatda dövlətlər arasında fərq qoyulmasını istəmədiklərini bəyan ediblər. Məsələn, Polşa tərəfi sənəddə Avropa birliyi, NATO məsələsi, milli parlamentlərin gücləndirilməsi və vahid bazar prinsiplərinə əməl olunması şərtlərinin qoyulmasını tələb edib.

Maraqlıdır ki, Almaniyanın kansleri Angela Merkel də problemlərin olduğunu, vəziyyətdən çıxış yolunun tapmalı olduğunu vurğulayıb. Avropalılar daha sıx birləşməli, bir yerdə hərəkət etməlidirlər. Bunun üçün "yaxşı əsas var" (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, Yunanıstanın baş naziri A.Tsiprasın bir fikri çox düşündürücüdür. Onun dediyinə görə, Avropada problemləri yaradan əsas səbəb ideoloji faktordur. Belə ki, hazırda Aİ-də neoliberal siyasət və ideologiya hökm sürür ki, bu da ifrat sağçılığa yol açır. Nəticədə, sosial ədalət prinsipi zərər görür, ittifaqda əlaqə telləri zəifləyir (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, Avropada böhranın kökləri çox dərindir və əsasən ideyanın iflasına bağlıdır. Tarixi rakursda bu, kifayət qədər ciddi faktor təsiri bağışlayır və həmin çətinlikdən çıxmanın asan olmayacağı da aydın olur.

Angela Merkel isə daha konkret səbəbləri göstərir. Birincisi, hərəkət azadlığının fonunda İttifaqın xarici sərhədlərinin qorunması yaxşı düşünülmədir. İkincisi, həmrəylik lazımi səviyyədə deyil. Üçüncüsü, vahid valyutanı böhranlara davamlı edə biləcək mexanizmlər yaxşı işlənməyib (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan məntiqi bir nəticə alınır: Avropa İttifaqı çox çətin problemlərlə üzləşib və Brüsselin əsas vəzifəsi onlardan çıxış yolu tapmaqdan ibarət olmalıdır. Yeni Roma bəyannaməsi bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yeniləşmə, yaxud inkişaf istiqamətləri də buna xidmət edir.

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir