Teymur Rəcəbov “Shamkir Chess-2014” turnirinin ilk turunda rusiyalı Sergey Karyakinlə heç-heçə oynamışdır VİDEO
Şəmkir, 21 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Shamkir Chess-2014” turnirinin ilk turunda rusiyalı Sergey Karyakin ilə heç-heçə oynamışdır.
Qrossmeyster mətbuat konfransında demişdir ki, debütdə bəzi problemlər olmuşdur. Yəqin, gələcəkdə yenə bu debütü oynamaq imkanı olacaqdır. Heç-heçə hələ heç nə demək deyildir. Qarşıda 8 tur vardır.