Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumdünya Statistika Günü ilə əlaqədar təntənəli mərasim keçirilib VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

20 oktyabr - Ümumdünya Statistika Günü Bakıda təntənəli surətdə qeyd olunub. Mərasimdə mərkəzi icra orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ofislərinin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov  BMT-nin Baş Assambleyasının 2015-ci il 20 oktyabr tarixini “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilməsi ilə əlaqədar qəbul etdiyi qətnamə barədə məlumat verib. Bildirib ki, Azərbaycanın statistika işçiləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə ölkəmizin rəsmi statistikasının 95 yaşı tamam olur.

Azərbaycanın statistika sisteminin tarixindən danışan komitə sədri qeyd edib ki, uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlayıb. Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası və 40-dan çox rayon və şəhərdə statistika idarələrinin binaları məhz Ulu Öndərin hakimiyyəti dövründə tikilib.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də statistikanın inkişafı Heydər Əliyevin daim diqqətində olduğunu deyən T.Budaqov qeyd edib ki, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik Dövlət Proqramı həyata keçirilib.

“Statistikanın inkişafı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün müasir inzibati binalar inşa olunub, rəsmi statistikanın inkişafı ilə bağlı daha üç Dövlət Proqramı qəbul edilib. Bu proqramlar ölkə statistikasının yeni inkişaf mərhələsinə təkan verib. Beynəlxalq əlaqələr genişlənib, 13 ölkənin statistika оrqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb”, - deyə komitə sədri bildirib.

Sonra Ümumdünya Statistika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun “Azərbaycanda rəsmi statistika: tarixi, bu günü və inkişaf perspektivləri” adlı məruzəsi dinlənilib.

Mərasimdə “Statistika xəbərləri” elmi-praktik jurnalının təqdimatı olub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, statistika ölkələrin iqtisadi, demoqrafik, sosial, ekoloji və digər sahələrindəki vəziyyətinin güzgüsü olmaqla burada hərtərəfi təhlillərin aparılmasında, meyillərin aşkar edilməsində və bu istiqamətdə görüləcək işlərin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını təmin edən məqsədli Dövlət proqramları, konsepsiyalar və strategiyaların həm hazırlanmasında, həm də icrasının qiymətləndirilməsində statistik göstəricilərin əhəmiyyəti danılmazdır.

Ölkədə statistikanın həm elmi araşdırmalar, həm də praktiki təcrübə baxımından böyük ənənələrə malik olduğunu deyən nazir qeyd edib ki, Azərbaycan statistika məktəbi Sovet İttifaqında ən yaxşılardan biri hesab olunurdu. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, statistika sahəsində də ciddi islahatlara start verilib və ölkəmizdə milli statistika sisteminin inkişafının yeni dövrü başlanılıb. Bu sahənin böyük əhəmiyyəti nəzərə alınaraq, 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib ki, bu da statistikanın möhkəm və təkmil qanunvericilik bazasının yaradılmasını təmin edib.

“Ölkəmizdə rəsmi statistikanın daha da inkişaf etdirilməsi məqsədilə dövlət statistika sistemində islahatların aparılması və rəsmi statistikanın təkmilləşdirilməsinə dair bir neçə Dövlət Proqramının, o cümlədən hazırda icrada olan “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi, Prezident İlham Əliyevin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Statistikaya göstərilən bu diqqət, şübhəsiz ki, milli statistik göstəricilər sisteminin əhatəliliyinin, dəqiqliyinin və keyfiyyətinin daha da yüksəldilməsində öz töhfəsini verir”, - deyə Ş.Mustafayev bildirib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, bu gün Azərbaycanda iqtisadi islahatlar, ölkə iqtisadiyyatının müasirləşdirilməsi, onun enerji sektorundan asılılığının azaldılması, respublikada sosial sahədə həyata keçirilən yeniliklər və islahatlar sözsüz ki, bu proseslərin düzgün əks olunmasına və statistik hesabatlara yeni yanaşmaların tətbiq edilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycanın son illərdə beynəlxalq aləmdə əldə etdiyi çox nüfuzlu yerə nəzər saldıqda statistika sahəsində də yeniliklər və beynəlxalq standartlara uyğunlaşma prosesinin çox uğurla həyata keçirildiyini görərik. Son dörd il ərzində Mədəniyyət və Turizm Nazirliyi Dövlət Statistika Komitəsi ilə birgə Ümumdünya Turizm Təşkilatının tövsiyə etdiyi sistemin üzərində statistikanın qurulması və statistik hesabatların hazırlanması istiqamətində apardığı iş artıq ənənəyə çevrilib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Bruk isə qeyd edib ki, ölkələr və təşkilatlar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə başladıqlarına görə etibarlı və vaxtlı-vaxtında olan statistika və göstəricilər çox mühümdür. Bu səbəbdən, bu il Ümumdünya statistika günü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında keçirilir.

O bildirib ki, BMT Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın davam etdirilməsinə hazırdır. Təşkilat cəmiyyətin bütün iştirakçıları tərəfindən məlumatlı və dəlillərə əsaslanan qərarların qəbul edilməsi üçün vacib olan Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal qiymətləndirmə prosesinə inteqrasiya olunmasında Azərbaycan hökumətinin dəstəklənməsində əsas rol oynayır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, statistika olmasa Azərbaycan iqtisadiyyatının təhlili aparıla bilməz. Statistika ölkənin inkişafının ayrı-ayrı mərhələlərində müxtəlif seqmentlər üzrə nöqsanların araşdırılması və sistemli təhlilin aparılması üçün çox vacibdir.

“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə sözün həqiqi mənasında milli statistika formalaşdırılıb. Son iyirmi ildə Azərbaycan özünün milli statistikasını yaradıb və bu prosesdə beynəlxalq təşkilatların çox mühüm rolu olub. Hazırda Azərbaycanda dünyəvi standartlara cavab verən statistik məcmuələr hazırlanır. Azərbaycan dövlətinin statistik göstəriciləri ölkədə görülən böyük işlərə adekvat olmalıdır. Bu adekvatlığı da təmin etmək üçün bütün təşkilatlar üz məsuliyyətini dərk etməlidir”, - deyə Z.Səmədzadə qeyd edib.

Çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev bildirib ki, statistika sahəsi keyfiyyətcə fərqlənən kütləvi xarakterli ictimai və sosial-iqtisadi prosesləri kəmiyyət tərəfdən öyrənən, cəmiyyətin həyatına aid hadisələri əks etdirən sahə kimi təqdim olunur. Lakin statistika fəaliyyəti əslində cəmiyyətin inkişafında yalnız passiv iştirak etmir, həm də onun gedişatında və sürətləndirilməsində mühüm rol oynayır. Müasir zamanda rəsmi statistika hər bir demokratik cəmiyyətin informasiya sistemində əvəzolunmaz komponentdir. O, idarəetmə orqanlarını iqtisadi, demoqrafiq, sosial və ekologiya sahələrdə peşəkarcasına və qərəzsiz olaraq hazırlanmış məlumatlarla təmin edir. Bu baxımdan statistika hakimiyyətin demək olar ki, bütün qərarlarının, rəsmi qəbul olunan sənədlərin əsasını təşkil edir və sosial-iqtisadi inkişaf proseslərinin idarəolunmasının çox mühüm alətidir.

“Son iyirmi ildə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi digər sahələrdə olduğu kimi statistika sahəsində də proqressiv dəyişikləri zəruri edib. Statistika fəaliyyətini həyati əhəmiyyətini nəzərə alaraq ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilib. Bu illərdə Azərbaycanın milli statistikası keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub”, - deyə M.Tağıyev qeyd edib.

Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov və Azərbaycan Dövlət İqtisad Universitetin (ADİU) rektoru, professor Ədalət Muradov isə ölkəmizdə statistikanın tarixindən, bu sahənin vacibliyindən və dövlət üçün əhəmiyyətindən danışıblar.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko qeyd edib ki, Azərbaycanda statistika sahəsi son 20-25 ildə böyük transformasiya dövrü keçib. O, Dünya Bankının Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq əlaqələrindən danışıb və hər iki qurumun məlumat mübadiləsinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə Prezident İlham Əliyevin 2015-ci il 17 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda statistika işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə orden və medallar təqdim olunub. Həmçinin, ayrı-ayrı dövlət orqanlarında statistika ilə məşğul olan şəxslər Dövlət Statistika Komitəsinin Fəxri fərmanları ilə təltif ediliblər.

Sonda Dövlət Statistika Komitəsinin kollektivi adından dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunub.

 

Ümumdünya Statistika Günü ilə əlaqədar təntənəli mərasim keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb