REGİONLAR
Məntəqə sədri: Hər kəs öz iradəsini sərbəst ifadə edə biləcək VİDEO
Kürdəmir, 28 oktyabr, AZƏRTAC
57 saylı Kürdəmir seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri uğurla tamamlanıb.
Dairənin 1 saylı seçki məntəqəsinin sədri Vüqar Nəsirov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş siyahı üzrə məntəqədə 1312 nəfər seçici qeydiyyatdadır. Onlardan 15-i ilk dəfə səs verəcək gənc, 12-si isə 80-dən çox yaşı olan sakinlərdir. 1 saylı şəhər tam orta məktəbdə fəaliyyət göstərən məntəqə Kürdəmir şəhərinin 10 küçəsini əhatə edir.
V.Nəsirov deyib ki, səsvermənin yüksək səviyyədə, şəffaf, azad və demokratik keçirilməsi üçün məntəqədə bütün lazımi şərait yaradılıb. Müşahidəçilər və KİV nümayəndələri üçün də xüsusi yer ayrılıb. Bir sözlə, noyabrın 1-də hər kəs öz iradəsini sərbəst ifadə edə biləcək.