İQTİSADİYYAT


ADA Universitetində Dünya Bankının hesabatı təqdim olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də ADA Universitetində Dünya Bankının hesabatı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışını edən ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, Dünya Bankının Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biri ümumi iqtisadiyyat, habelə iqtisadiyyatın spesifik sektorları üzrə araşdırmaların və analitik işin aparılmasıdır. Bu növ araşdırma və texniki yardımın məqsədi Azərbaycan Hökuməti ilə birlikdə ölkə qarşısında duran əsas çağırışları və onların ram edilməsi yollarını müəyyənləşdirməkdən ibarətdir.

F.İsmayılzadə qeyd edib ki, bu yaxınlarda Dünya Bankı özünün flaqman araşdırmalarından birini - Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu başa çatdırıb və əsas tərəfdaşlarla birlikdə müzakirə edib. Təqdimatın məqsədi ictimaiyyətə, elmi icmaya və kütləvi informasiya vasitələrinə hesabatın əsas nəticələri barədə məlumat verməkdir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl diqqətə çatdırıb ki, müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatında fəal inkişaf mövcuddur. ÜDM artıb, yoxsulluq səviyyəsi kəskin şəkildə azalıb. Eyni zamanda, ölkə neft və qaz hasilatından əlavə, son illərdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirir.

Onun sözlərinə görə, ölkənin 5 əsas məqsədi nəzərə alınmaqla ölkə iqtisadiyyatı daha da fəal inkişaf edəcək.

Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora, Dünya Bankının böyük iqtisadçısı Nadir Ramazanov təqdimatla bağlı fikirlər səsləndiriblər, mövzu ətrafında suallar cavablandırılıb.

Qeyd edək ki, hesabatda “Azərbaycan: Yaşıl artım üzrə faktlar”, “Azərbaycanın gələcəyi: Risklər və Yaşıl Artım imkanları” mövzularına toxunulub, bir sıra sahələrdəki mövcud və gələcək vəziyyət ətrafında rəylər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.