İQTİSADİYYAT


Almaniya-Azərbaycan birgə Proqramından indiyədək 480 sahibkar və menecer faydalanıb

Bakı, 8 dekabr, AZƏRTAC

İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı KOBİA tərəfindən dəstəklənir.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bu günədək 480 sahibkar və menecer bu proqramdan faydalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.