Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakı, 28 avqust, AZƏRTAC
Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət avqustun 28-i saat 22:00-dan təmir işləri bitənədək tətbiq ediləcək.
Sürücülərdən qeyd edilən müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [17:09]
Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər
- 28.08.2026 [16:22]