Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avqustun 17-dən 21-dək Bakı şəhəri və regionlarda sahibkarlara göstərilən xidmətlərin sayı açıqlanıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunan tarixlərdə Bakı şəhərində, Bakı “KOB evi”ndə ümumilikdə 500 sahibkara 3945 xidmət göstərilib.
Beynəlxalq yükdaşıma ilə bağlı 468 daşıyıcıya 2882 xidmət, o cümlədən “İcazə” blankı və taxoqraf kartının verilməsi üzrə xidmətlər göstərilib. Həmçinin taksi və avtobus fəaliyyəti üzrə 32 daşıyıcıya 1063 xidmət göstərilib.
Regionlarda isə ümumilikdə 111 sahibkara (daşıyıcıya) 744 xidmət göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [17:09]
Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər
- 28.08.2026 [16:49]
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- 28.08.2026 [16:22]