Aqrar Universitetin tələbələri Mingəçevir Su Elektrik Stansiyasında olublar
Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi ixtisasının bir qrup 3-cü kurs tələbəsi Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elektrik mühəndisliyi kafedrasının müdiri, dosent Mahir Bağırzadənin rəhbərliyi ilə keçirilən ekskursiyada tələbələr stansiyadakı texnoloji proseslərlə tanış olublar.
Onlara suyun kimyəvi təmizlənməsi, hidrogen qurğusu şöbəsi, mexaniki şöbə və bilavasitə enerji istehsal olan şöbələrinin iş prinsipi ətraflı izah edilib.
Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.