İDMAN
“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final matçının ilk iştirakçısı müəyyənləşib
Bakı, 26 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Danimarkalıların heyətində Kasper Dolberq (27, 48), Yoakim Mehle (88) və Martin Brautvey (95+5) fərqləniblər.
Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində bu komandanın rəqibi Niderland-Çexiya duelinin qalibi olacaq.
Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika-Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]