CƏMİYYƏT


Azadlıq meydanında keçirilən Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub - FOTOSESSİYA

Bakı, 10 dekabr, AZƏRTAC

Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bakılılar və şəhərimizin qonaqları Azadlıq meydanının yaxınlığında hərbçilərin və hərbi texnikanın keçidini, döyüş təyyarələrinin və helikopterlərin uçuşunu izləyiblər.

Müxbirlərimizin Bakı küçələrindən çəkdikləri fotoları təqdim edirik.

Xatırladaq ki, dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Möhtəşəm paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin təntənəli keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib. Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterləri uçuş edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.