Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür FOTO

Şuşa, 25 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun 1992-ci il yanvarın 25-də həyata keçirdiyi və uğursuzluqla başa çatan Daşaltı əməliyyatından 29 il ötür. Ötən illərdən fərqli olaraq, Daşaltı əməliyyatının ildönümünü bu il qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik.

Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Daşaltı nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.

AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Ordusunun 2020-ci il noyabrında işğaldan azad etdiyi Şuşa rayonunun Daşaltı kəndində olub, həm 29 il əvvəlki uğursuz, həm də ötən ilin noyabrında həyata keçirilən və hərb tariximizə qızıl hərflərlə yazılan əməliyyatların iştirakçıları, eləcə də hərbi ekspertlərin fikirlərini öyrənib.

Qısa məlumat: 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Erməni ordusu Şuşa-Laçın magistral yolunun kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlandı və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatdı. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu 90-dan artıq şəhid verdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etmişdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşdü, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkildi. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirdi.

Ehtiyatda olan mayor: Pərakəndəlik, hakimiyyət uğrunda mübarizə 1992-ci ildəki məğlubiyyətin əsas səbəbləridir

1992-ci il Daşaltı əməliyyatının iştirakçısı, ehtiyatda olan mayor Əmrah Cabbarov 29 il əvvəl həyata keçirilən əməliyyatın uğursuzluqla başa çatmasının səbəbini ordudakı kadr çatışmazlığı, silah-sursatla təminatın zəif olması və ölkədə siyasi hakimiyyət uğrunda mübarizə ilə əlaqələndirib: "1992-ci ildə ölkə iqtisadiyyatı çox ağır vəziyyətdə idi. Silah-sursatla təminatımız zəif idi. Hərbi kadrlarımız çatışmırdı. Ordu təzə yaranmağa başlayırdı. Pərakəndəlik, siyasi hakimiyyət, hərbi rəhbərlik uğrunda mübarizə 1992-ci ildəki məğlubiyyətin əsas səbəbləridir. O zaman Şuşa şəhəri işğal edilməmişdi. Bizim ordumuz yüksəklikdə, əlverişli mövqedə idi. Coğrafi baxımdan üstünlük bizdə olsa da, əməliyyat uğursuz oldu. İki ay bundan qabaq başa çatan Vətən müharibəsində isə Azərbaycan Ordusu tarix yazdı. Dünya ölkələrinin hərbi qərargahları bizim ordunun hərbi taktikasını öyrənir. Xüsusən də Şuşa şəhərinin azad olunması dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq bir əməliyyatdır".

Vətən Müharibəsi Veteranları İB-nin sədri: Bizə deyilmişdi ki, Daşaltı alınıb, lakin kəndə girəndə tam əksini gördük

Daşaltı əməliyyatının digər iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev isə deyib: "İndi vahid bir komandanlıq var. Xalqımız qələbə üçün birləşib. O vaxt isə başqa cür idi. Bölmələr arasında adi rabitə əlaqələri yox idi. Bizim tabora deyilmişdi ki, kənd alınıb. Tapşırığa görə biz yaralıları və ölüləri çıxartmalı, oradakı hərbçilərimizə silah verməli idik. Lakin biz kəndə girəndə tam əksini gördük. Hər tərəfdən atəş altına düşdük. Şəhid və yaralananlarımız oldu. Geri çəkildikdə əməliyyatı idarə edənlərdən heç kimi tapmadıq. Bu gün qürur hissi keçiririk ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu torpaqları işğaldan azad etdi. Biz artıq şəhidlərimizi alnıaçıq, üzüağ ziyarət edirik. Şükürlər olsun bu günə. Ali Baş Komandana, ordumuza minnətdarıq".

Əsgər Murad Əzizov: Həm hərbçi yoldaşlarımızın, həm də 1992-ci il Daşaltı əməliyyatındakı şəhidlərimizin qisasını aldıq

Ötən ilin noyabrında Şuşanın azad olunmasında iştirak etmiş əsgər Murad Əzizov döyüş təəssüratlarını və qələbə sevincini bölüşərək deyib: "Şuşa əməliyyatı çətin əməliyyat idi. Düşmən yüksəklikdə, biz isə aşağıda idik. Lakin Vətən sevgisi və düşmənə nifrət hissi sayəsində biz əməliyyatı uğurla yerinə yetirə bildik. Biz Muxtarkənd və Sığnaq istiqamətindən Daşaltı kəndinə giriş etdik. Çətin olsa da, dağlara, qayalara dırmaşa-dırmaşa, erməni silahlıları ilə döyüşə-döyüşə qalib gəldik. Düşmən evlərdən atıcı silahlardan və yuxarıdan minaatanlardan bizi atəşə tuturdu. Şükür ki, qələbə qazandıq, Daşaltını, sonra isə Şuşanı azad etdik. Daşaltı əməliyyatının iştirakçısı olduğum, bugünkü gün Şuşa şəhərində xidmət etdiyim üçün fəxr edirəm. Şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Həm hərbçi yoldaşlarımızın, həm də 1992-ci il Daşaltı əməliyyatındakı şəhidlərimizin qisasını aldıq. Bununla qürur duyuram".

Əsgər Vüqar Səfərov: Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız uğrunda döyüşdük və qalib gəldik

Xocavənd rayonundan məcburi köçkün, əsgər Vüqar Səfərov Füzulidən Şuşayadək keçən döyüş yolundan qürurla danışıb. "1992-ci ildə körpə uşaq olarkən düşmən bizi yurdumuzdan didərgin salmışdı. Bu gün isə əlimdə silah torpaqlarımızın azad edilməsində iştirak etdim. Sentyabrın 27-dən Füzuli istiqamətində əks-hücum əməliyyatına başladıq. Döyüşləri davam etdirərək Daşaltıya qədər irəlilədik. Əməliyyatın çətin olacağını bilirdik. 1992-ci ildə hərbçilərimiz Şuşadan Daşaltıya enərək hücuma keçmişdilərsə, biz Daşaltını azad edib aşağıdan yuxarıya Şuşaya çıxdıq. Bu mənada indiki əməliyyat çətin idi. Ancaq indi müasir silahlarımız, bacarıqlı zabitlərimizin sayəsində, tərtib edilən düzgün döyüş planı ilə Daşaltını və Şuşanı azad etdik. Əməliyyat bir neçə istiqamətdən başlandı və Daşaltıya hücum edib, düşməni məhv etdik. Daşaltını azad edib Şuşaya qalxdıq. Şuşa-Xankəndi yolunu tutduq, köməyə gələn düşmən qüvvələrini orda məhv etdik. Çox sevinirəm. Allah Ali Baş Komandanımızın canın sağ eləsin. Onun komandanlığı ilə döyüşdük, torpaqlarımız uğrunda mübarizə apardıq və qalib gəldik”, - deyə o bildirib.

Hərbi ekspert Ruslan İmamquluyev: Biz zəfərimizi sıldırım qayalara yalın əllə dırmanaraq, əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazandıq

Hərbi ekspert Ruslan İmamquluyev 1992-ci ildəki Daşaltı əməliyyatı ilə ötən ilin noyabrında həyata keçirilən əməliyyatı müqayisə edərək deyib: "Vətən müharibəsində qələbənin əldə edilməsinin əsas səbəbi Azərbaycanın 30 il ərzində istər iqtisadi, diplomatik sahələrdə, istərsə də hərbi-sənaye və ordu quruculuğunda əldə etdiyi müvəffəqiyyətlərdir. Həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə yaranan xalq-ordu həmrəyliyidir. Biz zəfərimizi bu sıldırım qayalara yalın əllə dırmanmaq, görünməyən istiqamətlərdən düşmənin dərinliyinə sızmaq, fərdi silahlarla əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazandıq. Bir zamanlar biz o qayaların üstündə, yüksəklikdə idik. O zaman biz xəyanət nəticəsində məğlub olmuşduq. Bu gün biz o yüksəkliyi heç bir texnoloji vasitədən istifadə etmədən azad etdik. Demək ki, bu xalq hər şeyə qadirdir. Yetər ki, onun başında doğru lider olsun. Yetər ki, xalq, ordu yumruq kimi həmrəy olmağı bacarsın".

Hərbi ekspert Ədalət Verdiyev: Bu gün Azərbaycan həm müasir silahı, həm də qəhrəman əsgəri ilə tanınır

Hərbi ekspert Ədalət Verdiyev: “Azərbaycan 25 il ərzində ordunu gücləndirdi, müdafiə sənayesini qurdu. Müharibədə istifadə etdiyimiz bir çox silahları Azərbaycan mühəndisləri hazırladı. Pilotsuz sistemdən yararlandıq. Dünya bizim haqq işimizi tanıdı. Bu gün Azərbaycan həm müasir silahı, həm də qəhrəman əsgəri ilə tanınır. Əgər bu nailiyyətlər olmasa idi, sıldırım qayalarda savaşmaq mümkünsüz idi. Bunun üçün əsgərin cəsarəti, peşəkarlığı, hazırlığı lazımdır. Əvvəl yüksəkliklər bizdə ikən məğlub olduq. İndi isə Daşaltını da, yüksəklikdəki Şuşanı da azad etdik. 25 il ərzində biz güc nisbətini həm siyasi, həm də milli məsələlərdə birləşmə anlamlarında tərsinə çevirdik. Biz anladıq ki, milli məsələdə bir olmaq nə deməkdir". 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb