Putin və Tramp arasında telefon danışığı olub
Moskva, 14 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub, onlar ikitərəfli münasibətləri və aktual beynəlxalq məsələləri müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. Onun sözlərinə görə, liderlərin söhbəti 55 dəqiqə davam edib.
Söhbətin əsas mövzularından biri Ukrayna ətrafındakı vəziyyət olub. Tərəflər ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın gələcəkdə yenidən Rusiyaya səfər edəcəkləri barədə razılığa gəliblər.
Liderlər həmçinin İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı Rusiya Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]