Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Sənaye Korporasiyası” ASC fəaliyyətinin 5-ci ildönümünü qeyd edir

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli, 1665 nömrəli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) fəaliyyətinin 5-ci ilini qeyd edir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun yaradılmasının 5-ci ili münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də hesabat iclası keçirilib. Korporasiyanın mərkəzi aparatı, eləcə də törəmə müəssisələrin rəhbər heyəti və kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Cəmiyyətin baş direktoru Kamran Nəbizadə 5 illik fəaliyyət münasibətilə qurumun kollektivini təbrik edib, uğurlar arzulayıb və vurğulayıb ki, “ASK” ASC ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək və göstərilən etimadı daim doğrultmaq üçün bütün səyləri bundan sonra da göstərməyə davam edəcək. Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri də “ASK” ASC-nin yaradılmasıdır.

Baş direktor deyib ki, müasir Azərbaycanın 30 ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır və Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyasının yerinə yetirilməsi, müasir dövrün tələblərinə uyğunlaşan iqtisadi-sosial inkişafın formalaşması Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. “2018-2020-ci illər ərzində vergidən öncəki mənfəətdə (EBİTDA) ardıcıl olaraq müsbət nəticələr əldə olunub, 2021-ci ildə isə Cəmiyyətin konsolidasiya edilmiş xalis mənfəəti 44,1 milyon manat təşkil edib ki, bu da Korporasiyanın fəaliyyət dövründə ən yüksək nəticədir. Ən iri müəssisələrimiz olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC son üç il ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus ən iri 10 şirkət arasında yer alır. Törəmə müəssisələrin daxili vəsaitləri hesabına son iki ildə əsas vəsaitlərin alınması, həmçinin əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib”, - deyə Kamran Nəbizadə məruzəsində bildirib.

Korporasiyanın baş direktoru qeyd edib ki, törəmə müəssisələrin fəaliyyətləri üzərində təkmil nəzarətin qurulması, strateji hədəflərin və illik fəaliyyət planlarının müəyyən edilməsi, daxili qayda, prosedur və siyasətlərin təsdiqlənməsi və idarəetmə üzərində nəzarətin aparılması məqsədilə Müşahidə Şuraları yaradılıb. 2018-2022-ci illər arasında törəmə müəssisələrlə birlikdə “ASK” ASC-də istehsal işçi sayı 2 dəfədən çox artaraq 1584-dən 3363-ə, inzibati işçi heyəti isə 3 dəfədən çox artaraq 176-dan 574-ə çatıb. Cəmiyyətin və törəmə müəssisələrin ölkə səviyyəsində müəyyən edilmiş prioritetləri və qurumun qarşısında olan mühüm vəzifələri nəzərə alaraq özünün kadr potensialının inkişafı istiqamətləri müəyyənləşdirilib. Bu baxımdan Korporasiyanın əməkdaşları ACCA, CFI, CFA, PMI və bu kimi digər beynəlxalq dərəcədə tanınan sertifikasiya proqramlarında iştirak edərək uğurla tamamlayıblar.

Cəmiyyətin nəzdində yaradılan törəmə müəssisələrdən biri ölkəmizin əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılan və strateji əhəmiyyətə malik olan “Azəralüminium” MMC-dir. 5 illik fəaliyyət ərzində görülən işlər haqqında məlumat verən “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev diqqətə çatdırıb ki, müəssisə tərəfindən 2018-2021-ci illər üzrə toplam 113 min tondan artıq alüminium məhsulları, 2022-ci ilin 9 ayı üzrə isə 16 min tondan artıq alüminium külçə, 11 min tondan artıq alüminium tökmə təbəqə, 10 min tondan artıq alüminium soyuqyayılmış təbəqə (toplam 37 min tondan artıq məhsul) istehsal edilib. Həmçinin müəssisənin 2018-2021-ci illər ərzində toplam xalis mənfəəti 32 milyon 809 min 38 AZN təşkil edib. Alüminium sahəsində rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində gələcək işlər və müəssisənin strategiyası barədə danışan Korporasiyanın baş direktoru Kamran Nəbizadə Almaniyanın “Achenbach Buschhütten” şirkəti ilə imzalanmış müqavilə və “Interal” MMC birgə müəssisəsinin yaradılmasını xüsusilə vurğulayaraq, bildirib ki, yeni əməkdaşlıq sayəsində üstün texnologiyanın tətbiqi ilə əlavə dəyərli alüminium məhsullarının istehsalı və bu məhsulların xarici bazarlara daha yüksək marja ilə satışı mümkün olacaq. Cəmiyyətin rəsmisi çıxışında ölkənin əlvan metallurgiya sənayesinin inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi Daşkəsən rayonunda yerləşən Zəylik alunit mədənində mineral resursların araşdırılması, miqdarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə alunitin əldə edilməsi və daha sonra növbəti proseslərin icrası üzrə Böyük Britaniyanın “Micon International Co Limited” şirkəti ilə imzalanmış müqavilənin icrasına dair görülən işlərdən bəhs edib.

Bundan əlavə, qeyd olunub ki, Gəncədə gil-torpaq zavodunun modernizasiyası, neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi kimi iri həcmli layihələr üzrə də işlər aparılır. Qeyd olunan layihələrin icrası üçün investisiyaların cəlbi və ən müasir texnologiyadan istifadə olunaraq istehsalın təşkili istiqamətində beynəlxalq şirkətlərlə danışıqlar aparılır.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin digər törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracında mühüm rol oynayır. “Azərpambıq ASK” MMC-nin direktorunun müavini Ağahüseyn Qədirov vurğulayıb ki, müəssisə tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 304 min tondan artıq xam pambıq tədarük edilib, 118 min tondan artıq mahlıc və 148 min tondan artıq çiyid emal olunub. Cari il ərzində 25,2 min hektar sahədə pambıq əkinləri həyata keçirilib və indiyədək xam pambıq tədarükü 51 min tondan artıq olub. Müəssisənin 2018-2021-ci illərdə xalis mənfəəti toplam 28 milyon 261 min 256 AZN olub.

İclasda çıxış edən Kamran Nəbizadə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində “Azərpambıq ASK” MMC tərəfindən bir sıra layihələrin həyata keçirilməsini qeyd edib. Bu qəbildən layihələr sırasında Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodunun yenidən qurularaq istifadəyə verilməsi, zavodun xam pambıq emalı gücünün gündəlik 28 tondan 200 tona çatdırılması və məhsulun keyfiyyətinin xeyli yaxşılaşdırılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, 2021-ci ildə Saatlı rayonunda yerləşən PİEZ-in yenidənqurma və bərpa işlərinin aparılması, Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılaraq gündəlik emal gücünün 60 tondan 160 tona qədər qaldırılması vurğulanıb. Qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilmiş tekstil sənayesinin dünya iqtisadiyyatında çox önəmli paya malik olduğunu bildirən baş direktor tekstil sahəsi üzrə dəyər zəncirinin inkişaf etdirilməsi və növbəti proseslərin təşkili nəticəsində mahlıcdan pambıq ipliyinin əldə olunması istiqamətində “Azərpambıq ASK” MMC tərəfindən illik istehsal gücü 5 min ton olan pambıq iplik zavodunun qurulmasının gələcək perspektivlərindən də danışıb.

“Bundan əlavə, həyata keçiriləcək layihələr sırasında Şirvan şəhərində yerləşən yağ emalı zavodunun modernizasiya işlərinin görülməsi istiqamətində araşdırmalar və texniki şirkətlərlə danışıqlar aparılır. Modernizasiya işləri görüldüyü təqdirdə, hazırda günlük 50 ton (aylıq 1500 ton) həcmində olan emal gücünün 100 ton çiyid (aylıq 3 000 ton) və 12 ton yağ istehsalı həcminə qaldırmaq mümkün olacaq”, - deyə Kamran Nəbizadə bildirib.

Törəmə müəssisələrdən biri olan “Azəripək” MMC tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 2 min tondan artıq barama tədarük edilərək ümumilikdə 113 ton xam ipək istehsal olunub. Cari il ərzində 341 ton barama tədarükü sonrasında 23 tondan artıq xam ipək və toplamda 3 milyon 512 min 388 AZN dəyərində məhsul istehsal olunub. Əlavə olaraq, cari ilin 6 ayı üzrə müəssisənin xalis mənfəəti 98 min 586 AZN təşkil edib. Hazırda müəssisədə inzibati işçi sayı 60, istehsal işçi sayı 292 və birgə çalışan kümçü sayı isə 3732 təşkil edir. Görülən işlər çərçivəsində, “ASK” ASC və “RAFA Group” MMC arasında imzalanan müqavilə əsasında yaradılmış birgə müəssisə haqqında danışan Korporasiyanın rəsmisi qeyd edib ki, bir müddət istifadəsiz qalmış bez istehsalı zavodu yenidən fəaliyyətə qaytarılıb, hazırda uşaq bezi və salfet istehsalı üzrə fəaliyyət göstərən müəssisə daxili bazar tələbatının ödənilməsi, həmin məhsullar üzrə idxaldan asılılığın azaldılması və yerli məhsulun ixrac imkanlarının yaradılmasına töhfə verməkdədir. 2021-ci ildə müəssisə tərəfindən 1 milyon 229 min 405 AZN dəyərində məhsul istehsal olunub. Cari il üzrə daxili və xarici bazarda toplam olaraq 2 milyon 390 min 818 AZN məhsul satışı həyata keçirilib. Bu satışların 62 faizini Özbəkistan və Rusiyaya olan ixrac, yerdə qalan 38 faizini daxili bazarda olan satışlar təşkil edir. Cəmiyyətin rəhbəri qeyd edib ki, dövlətimizin başçısının 2021-ci il oktyabrın 29-da imzalanmış “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq müəssisələrin özəlləşdirilməsi prosesi həyata keçirilir. Ümumi olaraq özəlləşmə prosesi çərçivəsində “Azərtütün ASK” MMC, “ASK Şəki Şərab” MMC özəlləşmiş, “ASK Ayaqqabı fabriki” MMC-nin əsasında yeni hüquqi şəxs - “Bakı Ayaqqabı fabriki” ASC yaradılıb.

Tədbirin sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatı, həmçinin törəmə müəssisələrin əməkdaşları Cəmiyyətin baş direktoru Kamran Nəbizadə tərəfindən fəxri diplomlarla təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb

“Güclü ümid - Sağlam gələcək” - Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?