ELM VƏ TƏHSİL


Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Universitetinin (AU) professoru Asif Hacıyevin “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” monoqrafiyası Almaniyada nəşr olunub.

AU-dan AZƏRTAC-a bildirilib ki, “Lap lambert” beynəlxalq nəşriyyat evi tərəfindən çap olunan kitabda mifopoetikanın metodoloji və nəzəri məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib.

Monoqrafiyada rus nasirlərinin yaradıcılığında ənənəvi mənəvi-estetik dəyərlərin ifadəsinə, milli dünya mənzərəsinin özünəməxsusluğuna və ədəbi prosesin tipologiyasına xüsusi diqqət yetirilib. Kitabın ayrıca bölməsində başqa xalqların, ilk növbədə, türkdilli xalqların nümayəndələrinin rus dilində yazdıqları əsərlər rus ədəbi prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilib.

Müəllifin rus dilində yazdığı kitab “Lap lambert” nəşriyyat evinin təşəbbüsü və vəsaiti hesabına çap olunub. Nəşr filoloqlar və rus ədəbiyyatı ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.