Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ AKADEMİK MUSA ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 27-də Bakı Dövlət Universitetində görkəmli alim, akademik Musa Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın faydalı qazıntıları” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Tədbir iştirakçıları, o cümlədən alimin doğmaları və yaxınları təhsil ocağındakı Faydalı qazıntılar muzeyi nəzdində mərhum akademikin vəsiyyətinə əsasən, onun zəngin kitabxanasının bazasında təşkil edilmiş “Musa Əliyev kabineti” ilə tanış olmuşlar.

Konfransı universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov açaraq xatırlatmışdır ki, YUNESKO-nun Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına uyğun olaraq, Azərbaycanla bağlı yubileylərin keçirilməsi haqqında qərar qəbul etmişdir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən məşhur geoloq alim, akademik Musa Əliyevin də 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcəkdir.

A.Məhərrəmov qeyd etmişdir ki, akademik Musa Əliyev görkəmli ictimai və dövlət xadimi, bacarıqlı elm təşkilatçısı, məşhur neftçi-geoloq, dünya miqyaslı alim-stratiqraf idi. O, Qafqazın geologiyasının öyrənilməsində tanınmış alim, Tabaşir dövrünün stratiqrafiyası və paleontologiyasının araşdırılmasında öz dəst-xəttini qoymuş, böyük elmi məktəb yaratmış geoloq idi. Tabaşirin sistematikası və stratiqrafik cəhətdən yayılmasına, habelə paleontologiya, biostratiqrafiya və paleocoğrafiya məsələlərinə həsr olunmuş əsərləri alimi dünya geologiya elmində məşhur etmişdir.

Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə “Akademik Musa Mirzə oğlu Əliyev və Azərbaycanda geologiya elminin inkişafı” mövzusunda məruzə etmişdir.

Məruzəçi Musa Əliyevin keçdiyi şərəfli həyat yolu barədə məlumat vermiş, bildirmişdir ki, o, bitirdiyi indiki Dövlət Neft Akademiyasında laborantlıqdan AMEA-nın prezidenti vəzifəsinədək yüksəlmiş, akademiyaya 8 il rəhbərlik etmişdir. Akademiyanın prezidenti işlədiyi müddətdə Musa Mirzə oğlunun baş redaktorluğu altında 7 cildlik “Azərbaycanın geologiyası” monumental əsər çap olunmuşdur. Elmin müxtəlif sahələrində fərqlənən kadrları sərraf gözü ilə seçərək Moskvaya, Sankt-Peterburqda və keçmiş ittifaqın digər nüfuzlu elmi mərkəzlərinə göndərən Musa Əliyev onların gələcək inkişafını da nəzərdən qaçırmırdı. Hazırda elmimizin korifeyləri hesab edilən akademiklərdən Budaq Budaqov, Asəf Nadirov, Cəmil Quliyev, Musa Musayev, haqq dünyasına qovuşmuş Əliəşrəf Məmmədov, Səttar Əsədov, AMEA-nın müxbir üzvü Niyazi Səmədov və bir çox başqalarının sonralar görkəmli alim kimi formalaşmalarında, heç şübhəsiz, Musa Əliyevin böyük xidməti olmuşdur.

Akademik Musa Əliyevin elmi fəaliyyəti nəticəsində planetimizin keçmiş həyatı haqqında çox dəyərli məlumatlar əldə olunduğu, Kiçik Qafqazın şimal-şərq yamacının çay hövzələrində şlixyuma - axtarış işləri apararaq, bu çaylarda səpinti qızıl toplantılarını aşkar etdiyi bildirilmiş, həyatının Moskva və Əlcəzair mərhələsi barədə söz açılmışfdır. Məlumat verilmişdir ki, Musa Əliyev Əlcəzairdə neft-qaz yataqlarının axtarışı və proqnozlaşdırılması ilə bağlı SONATRAK Dövlət Birliyi ilə bağlanılmış iri müqaviləyə rəhbərlik etmişdir. Bir qədər sonralar Əlcəzair Atlaslarında - Mərkəzi Atlas, Şərqi Atlas, Cənubi Tel və Qərbi Tel coğrafi zonalarında eyniadlı 4 neft-qazlı hövzənin aşkar edilməsi Musa Əliyevin verdiyi proqnozun elmi cəhətdən nə qədər əsaslandırılmış olduğunu göstərmişdir.

Vurğulanmışdır ki, akademik böyük elmi məktəb yaratmış, onun rəhbərliyi altında 50-ə yaxın elmlər doktoru və namizədi hazırlanmışdır. Akademik M.Əliyev 250 elmi əsərin, o cümlədən 20-ə yaxın monoqrafiyanın müəllifidir. Alimin bilavasitə iştirakı və redaktorluğu ilə müxtəlif miqyaslı xəritələr, o cümlədən Azərbaycanın geoloji xəritəsi çap olunmuşdur.

Akademiklər Budaq Budaqov, Xoşbəxt Yusifzadə alim haqqında xatirələrini danışmışlar. Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev Əliyevlər ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmiş, “Akademik Musa Əliyev adına kabinet”ə kompyuter dəsti bağışlamışdır.

Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. İki bölmədə 60-dan artıq məruzə dinlənilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik direktor və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq VİDEO

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir