İDMAN
“Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.
Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib - 2:2.
Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]