MƏDƏNİYYƏT


Böyük Abayın doğum günündə Bakıda xatirə aksiyası keçirilib VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə Bakının Binəqədi rayonunda onun şərəfinə vurulmuş xatirə lövhəsinin yerinin dəyişdirilməsi ilə bağlı aksiya keçirilib.

AZƏRTAC Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, tədbirdə yaradıcı ziyalıların nümayəndələri, Azərbaycan abayşünasları və yazıçılar, Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndələri, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin, “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin və qazax diasporunun nümayəndələri iştirak ediblər.

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Bakı şəhərindəki küçələrdən birinə Abay Kunanbayevin adının verilməsinə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirib.

Diplomat tədbir iştirakçılarına xatırladıb ki, 25 il bundan əvvəl – 1995-ci il avqustun 9-da Nursultan Nazarbayevin dəvəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Almatıda Abayın 150 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edib.

Qazaxıstanlı diplomatlar Abayın doğum günü şərəfinə kiçik bir hədiyyə kimi öz vəsaitləri hesabına Abayın xatirə lövhəsinin yaxınlığında Bakı sakinlərinin istirahət etmələri üçün skameyka qoyublar. Tədbirin sonunda sözləri və musiqisi Abayın olan mahnılar səslənib.

Abay Kunanbayevin şərəfinə 2011-ci ildə vurulmuş xatirə lövhəsinin əvvəlki yerində təmir işləri aparılması və yaxınlıqdakı binanın sökülməsi planlaşdırılması ilə əlaqədar, xatirə lövhəsinin yeri dəyişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.