Kamran Qasımov: “Küldə şərqi deyənlər” filmi Nigeriyada beynəlxalq festivalda nümayiş olunacaq
Bakı, 6 fevral, AZƏRTAC
Müəllifi olduğum “Küldə şərqi deyənlər” filmi “Rıvers International” beynəlxalq kino festivalının rəsmi proqramına seçilib. Kino festivalı bu ilin sentyabr ayında Nigeriyada keçiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Kamran Qasımov deyib.
O bildirib ki, film 2025-ci ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş meşə yanğınlarından bəhs edir. Film Azər Əsgərovun dəstəyilə ərsəyə gəlib. Filmin montaj rejissoru Bəkir Osmanov, qrafik dizayneri Zaur Rəcəbov, məsləhətçisi Rafiq Pouyyadır.
“Bu film Paradise Beynəlxalq Film Festivalının (Almaniya) və Los-Ancelesdə keçiriləcək MAS Film Festivalının da əsas proqramına daxil edilib. “Real” telekanalının reportajları, “Fox” telekanalının materialları, eləcə də, mənim şəxsi arxivi əsasında hazırlanmış film “AzerNyuMedia” şirkətində istehsal olunub”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [16:01]
Emil Əfrasiyab: Qara Qarayev bütöv bir dövrün simasıdır
- 06.02.2026 [15:00]
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır
- 06.02.2026 [14:46]
Paytaxt sakini: “Qış nağılı” festivalı yüksək səviyyədə təşkil olunub
- 06.02.2026 [11:43]
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib
- 06.02.2026 [11:09]
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]