ELM VƏ TƏHSİL
Dilçilik İnstitutu ADPU-nun Quba filialına 230 nüsxə kitab hədiyyə edib
Bakı, 15 fevral, AZƏRTAC
AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 230 nüsxə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kitabxanasına təqdim edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. ADPU-nun Quba filialının rektoru fizika elmləri doktoru Yusif Alıyev kitablara görə Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədliyə təşəkkürünü bildirib.