Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq
Tbilisi, 24 may, AZƏRTAC
Məmnuniyyətlə elan edirəm ki, Axalkalaki-Qars dəmir yolu Azərbaycan dəmir yolu kimi, artıq Ermənistandan ixrac və idxal üçün açıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu, ölkənin iqtisadi həyatında mühüm hadisədir: “Bu gün Ermənistanın Gürcüstan və Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisi vasitəsilə Çinlə dəmir yolu əlaqəsi var. İndi isə Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi də mövcuddur”.
"Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvandan keçən Ermənistan-İran dəmir yolunun açılışı olacaq. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq", - deyə Paşinyan vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:18]
İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir
- 07.08.2026 [13:42]
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib
- 07.08.2026 [12:48]